Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
DYP-dən sürücülərə – XƏBƏRDARLIQ
Tarix: 26-03-2015 | Saat: 12:16
Bölmə:Karusel / Gündəm / M2 | çapa göndər

DYP-dən sürücülərə – XƏBƏRDARLIQ
“Özünüzün və yaxınlarınızın həyatına biganə qalmayın”.

Təcrübə göstərir ki, Novruz bayramı ilə əlaqədar istirahət günləri bitən ərəfələrdə rayonlararası və şəhərlərarası yollarda nəqliyyat vasitələrinin hərəkət intensivliyi və qəzaların baş vermə ehtimalı artır.

Xeberaz.az xəbər verir ki, bu barədə Trend-ə Daxili İşlər Nazirliyinin (DİN) Respublika Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev bildirib.

K.Əliyevin sözlərinə görə, Novruz bayramını qeyd etmək üçün bölgələrə və ya paytaxta səfər etmiş vətəndaşların istirahət günlərinin bitməsi ilə əlaqədar əsasən martın 27-si və 28-də geri qayıdacağı və bununla əlaqədar yollarda hərəkətin sıxlığının yaranacağı ehtimal olunur.

Şöbə rəisi bildirib ki, bununla bağlı Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) əhaliyə, xüsusən də sürücülərə müraciət edərək onlara yollarda maksimum diqqətli olmağı, sürət həddini aşmamağı, manevrlər edərkən ehtiyatlı olmağı tövsiyə edir:

“Əhalidən, xüsusən də sürücülərdən xahiş edirik ki, bayramın son günlərində yollarda hərəkətin intensiv olduğu dövrlərdə çoxlu qəzaların baş verə biləcəyini nəzərə alıb rayonlararası, şəhərlərarası yollarda diqqətli olsunlar, xüsusilə sürət məhdudiyyətinə, ötmə qaydalarına riayət etsinlər. Çünki ən ağır qəzalar sürətlə müşayiət olunan ötmə və manevretmə qaydalarının pozulması, əks istiqamətli hərəkət zolağına çıxılması nəticəsində baş verir. Xahiş edirik ki, özünüzün və yaxınlarınızın həyatına biganə qalmayın, qeyd etdiyiniz bayramın son günlərini bədbəxtliyə, yasa çevirməyin!”.

BDYPİ sözçüzü əlavə edib ki, martın 20-dən 25-dək ölkə ərazisində 45 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Baş vermiş qəzalar nəticəsində 10 nəfər ölüb, 59 nəfər xəsarət alıb.


Xəbəri paylaş

7148 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___