Düşmənə ağır zərbə vuruldu 18 nəfər öldürüldü
Tarix: 02-09-2015 | Saat: 19:52
Bölmə:Karusel / Gündəm / M2 | çapa göndər
"Müdafiə Nazirliyi cəbhə zonasında baş verən hadisələrlə bağlı təhlükəsizlik baxımından ictimailəşdirilməsi məqsədəuyğun olan istənilən xəbəri mütəmadi açıqlayır"
"Bəzi yerli elektron KİV-lər Silahlı Qüvvələrimizin itkilər verməsi barədə mənbəyi bəlli olmayan, qeyri-dəqiq, şayiə səviyyəsində olan məlumatlar yayırlar".
Bunu APA-nın sorğusuna cavab olaraq Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər.
Qeyd edilib ki, Ermənistanın maraqlarına xidmət edən bu kimi xəbərlər təmas xəttində qarşıdurma zamanı erməni hərbi bölmələrinin ciddi itkilər verdiyi zamanda ortaya atılmaqla, Azərbaycanın hərbi uğurlarına kölgə salmaq məqsədi daşıyır: "Məlumatımıza görə, yalnız avqust ayı ərzində düşmən 18 hərbi qulluqçusunu itirib və 50-yə yaxın yaralısı var. Rəsmi təsdiqlənməmiş, şişirdilmiş, çox zaman səhv olan, real vəziyyəti düzgün əks etdirməyən xəbərləri tirajlamaqla, erməni dəyirmanına su tökməyə can atan bəzi insanların milli mənşəyi də artıq şübhə doğurmağa başlayır. Müdafiə Nazirliyi cəbhəboyu zonada baş verən hadisələrlə bağlı təhlükəsizlik baxımından ictimailəşdirilməsi məqsədəuyğun olan istənilən xəbərləri mütəmadi açıqlayır. Eyni zamanda bu tip xəbərlərin yayımlanmasına həssaslıqla yanaşılmasını növbəti dəfə tövsiyə edir”.
Xəbəri paylaş
6278 dəfə oxunub.
Digər xəbərlər

21-03-2015, 14:32
Cəbrayıl əleyhissəllam
24-11-2016, 17:36
Azərbaycanda dollar daha da bahalaşacaq-VIDEO
16-07-2016, 11:34
Təkbaşına tankın qabağına çıxan türk dünya manşetində - FOTO
18-10-2017, 13:55
Qız qaçıran evli kişinin qayınanası: "Bütün kənd bilir ki, o qadın ..." - TƏFƏRRÜAT - VİDEO
6-06-2019, 12:54
Rayonlardan Bakıya sərnişin axını artıb
25-05-2016, 13:07
Cavid Hüseynov barəsində bəraət hökmü çıxarılmasını istəyib - SON SÖZ
21-09-2015, 20:54
Hindistanda içkili kişini diri-diri “asfaltladılar”
13-03-2015, 15:30
Bakıda “MINI” avtomobil salonu açıldı – FOTO
7-04-2017, 18:50
Stokholmda TERAKT - Ölənlər var - VİDEO - YENİLƏNİB