Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Saatlıda bir qrup şəxs yolu bağlamağa cəhd etdi - 15 yaşlı oğlan yaralandı (AÇIQLAMA)
Tarix: 18-03-2023 | Saat: 12:22
Bölmə:Karusel / Hadisə | çapa göndər

Saatlıda bir qrup şəxs yolu bağlamağa cəhd etdi - 15 yaşlı oğlan yaralandı (AÇIQLAMA)


Martın 13-də Saatlı rayonunda bir qrup şəxsin magistral yolu bağlamaq cəhdinin qarşısı alınarkən 15 yaşlı yeniyetmənin xəsarət aldığı iddia olunur.

Bununla bağlı  sorğusuna cavab olaraq DİN Mətbuat Xidmətinin Şirvan Regional qrupunun baş inspektoru Nizam Həmidov bildirib ki, qeyd olunan hadisə zamanı bir qrup şəxs polisin qanuni tələbinə əməl etməyərək ictimai asayişin pozulmasına yönəli qanunsuz hərəkətlərini davam etdiriblər. 

Bundan sonra polis əvvəlcədən xəbərdarlıq etməklə xüsusi vasitələr tətbiq edərək onların cəhdinin qarşısını almışdır. Bu zaman polisə müqavimət göstərənlərin arasında olan 15 yaşlı gənc xəsarət alıb. Onun xəsarət almasında məsuliyyəti məhz onu qanunsuz aksiyaya cəlb edən şəxs daşıyır. 

Odurki araşdırma zamanı gənci qanunsuz aksiyaya cəlb edən şəxs barəsində də qanunamüvafiq tədbir görüləcəkdir.



Xəbəri paylaş

1148 dəfə oxunub.

Digər xəbərlər
21-05-2015, 21:38 Əxlaq mədəniyyəti

bütün xəbərlər
____ Instagram ___