Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Qabırğası "sınan" Flora Kərimova çəkiliş meydanında!
Tarix: 01-09-2015 | Saat: 01:18
Bölmə:Karusel / Şou-Biznes / Fotogalereya | çapa göndər

Qabırğası "sınan" Flora Kərimova çəkiliş meydanında!


Qabırğası sındığı deyilən xalq artisti Flora Kərimovanın səsi çəkiliş meydançasından gəldi.

Xəbəraz.az xəbər verir ki, Publika.az-a açıqlama verən xalq artisti, yarızarafat-yarıgerçək ölmədiyini, hələ yaşadığını dedi:

“A qızım, səhərdən hamı zəng edir ki, Flora xanım, eşitdik qabırğanız sınıb. Özünüz fikirləşin, qabarğası sınan adam seriala çəkilər, təqdimat mərasiminə qatılar? Mən səhər saat 10-dan evdən çıxanam. Əvvəlcə bəstəkar Sevinc Tofiqqızına verilən mükafatın təqdimatına qatılmışdım. Ordan da çıxıb “Bir ailəm var” serialının çəkilişinə gəlmişəm. Filmdə məşhur müğənni rolunda çıxış edirəm. Orda bir mahnı oxuyacağam”.

Bəs yıxılmamışdınızsa, niyə belə xəbərlər yayılıb?

Sualımızı sənətkar belə cavablandırıb: “Səhərdən hamınız narahatsınız, məni görün necə çox istəyirsiniz. Sadəcə olaraq, səhhətimlə bağlı bir az narahatlığım vardı, nə yıxılmaq, nə qabırğası sınmaq. Naz elədim ki, bir az narahatlıq hissi keçirirəm, bəlkə, həkimə getdim, bunu şişirdib kritik durum kimi təqdim ediblər. Elə belə də yazın ki, Flora xanım naz edir. Onu da yazın ki, Flora Kərimova büdrəyər, amma yıxılmaz. İndi də ayaqdayam. Olmaya, ölməyimi istəyirsiniz?”


Xəbəri paylaş

7198 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___