Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Mübariz Mənsimov ortaq yayımda 2 milyon bağışladı
Tarix: 16-02-2023 | Saat: 10:33
Bölmə:Karusel / Gündəm / M | çapa göndər

Türkiyə, Azərbaycan və Şimali Kiprdə fəaliyyət göstərən televiziya və radio kanalları "Türkiyə tək ürək" adlı ortaq yayım ediblər.

Məşhurlar canlı yayımda zəlzələdən əziyyət çəkənlər üçün ianə toplayıblar. Yayım zamanı azərbaycanlı iş adamı, "Palmali Holding"in prezidenti Mübariz Mənsimov da kampaniyada iştirak edib.

M.Mənsimovun nümayəndəsi canlı efirdə tanınmış türkiyəli sənətçi Hülya Avşara zəng edərək onun yardıma qoşulmaq istədiyini bildirib. Avşar iş adamının 2 milyon türk lirəsi, 200 prefabrik ev, 130 çadırdan ibarət çadır şəhərciyi, mənzil tikintisində 100 evin tikilməsində sponsorluq və 500 tələbəyə təhsil dəstəyi edəcəyini açıqlayıb.

Qeyd edək ki, bundan başqa M.Mənsimov zəlzələdə zərərçəkənlər üçün fərdi olaraq başlatdığı yardım kampaniyasının dəyəri 25 milyon lirəni ötüb.




Xəbəri paylaş

2308 dəfə oxunub.

Digər xəbərlər
21-09-2015, 15:16 Erməni zabiti həlak oldu

bütün xəbərlər
____ Instagram ___