Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Maştağada şok olay: 14 yaşında gəlin, 16 yaşında ana oldu, 32 yaşında isə… - Təfərrüat
Tarix: 23-01-2023 | Saat: 13:55
Bölmə:Karusel / Hadisə | çapa göndər



Bakıda arvadını və qayınatasını öldürməyə cəhddə ittiham olunan Abbas Mirzəyevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

 Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə baş tutan prosesdə ittiham açıqlanıb.

Məlum olub ki, Abbas Mirzəyev cinayət işi üzrə zərərçəkmiş Nigar Mirzəyevanın həyat yoldaşı olub. Hadisə Sabunçu rayonunun Maştağa qəsəbəsində qeydə alınıb.

Hadisə günü qayınatası Vaqif Seyidovun evinə gələn Abbas əvvəlcə Nigara çoxsaylı bıçaq xəsarətləri yetirib.

Daha sonra araya girən Vaqif də bıçaq xəsarəti alıb.

İstintaq orqanı tərəfindən Abbasın barəsində Cinayət Məcəlləsinin 29,120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhd) maddələri ilə ittiham verilib.

Məlum olub ki, Abbasın həyat yoldaşı Nigar onun bibisi qızıdır. Nigar Abbasla 14 yaşında ailə qurub. Onun erkən nikaha girməsinə səbəb isə anası Sevda olub.

Həmin dövrdə ağır xəstəliyə tutulan Sevda Seyidova qızının ərə verməklə ölümündən əvvəl övladının ailə qurması arzusunu həyata keçirib.

Qızını 14 yaşında ərə verən xəstə ana illər sonra şəfa tapıb. O, qızının ölümünə cəhd ittihamı üzrə məhkəmədə ifadə verən şahidlərdən biri olub.


Sevda ifadəsində bildirib ki, zəhərli zob xəstəliyindən əziyyət çəkib. Bu xəstəlikdən dünyasının dəyişəcəyini düşünən qadın qızının qardaşı oğlu ilə evlənməsinə razı olub: "Fikirləşdim ki, qardaşım oğludur. Mən ölərəm, o, qızıma yaxşı baxar. Bu evliliyə razı oldum. Ən böyük səhvim yetkinlik yaşına çatmayan qızımın ərə getməsinə razılıq verməyim idi. Azyaşlı çağında ər evinə getsə də, xoşbəxt olmadı. 16 yaşında ana oldu, 32 yaşında isə onu əri öldürmək istədi. Bu mənim üçün ağır dərddir. Bu hadisəyə görə özümü günahkar bilirəm. Bir ana kimi günahkaram".

Sevda ifadəsində qeyd edib ki, heç bir günahı olmayan qızını əri yola vermir. 14 yaşında gəlin olan qızına şər-böhtan atırlar.

Abbas Mirzəyev isə ifadəsində həyat toldaşının yolunu azdığını, başqası ilə münasibət saxladığını deyib. O, həmçinin övladının atasının başqası olduğunu da dilə gətirib.

Sevda isə Abbasın belə ifadə verməsi ilə yalan danışdığını deyib. O, qardaşı oğluna həqiqəti danışmağı tövsiyə edib: "Abbas, sən burda düzünü danış. Mən də səni bağışlayım".

Abbas israrla həyat yoldaşının xəyanəti ilə üzləşdirini bildirib.

Növbəti proses fevralın 3-də davam edəcək.





Xəbəri paylaş

1768 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___