Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Uzun Həsənin nəvələri niyə Cırtdana dönür? - Azərbaycanlıların boy problemi
Tarix: 22-01-2023 | Saat: 11:11
Bölmə:Karusel / Maraqlı | çapa göndər



Respublika Endokrinoloji Mərkəzinin baş həkimi Babək Salek Qənnadi bildirib ki, hazırda ölkədə somatotrop (boy) hormonu çatışmazlığı diaqnozu qoyulan 480 uşağ pulsuz müalicə alır.

Bu cür uşaqların yaşı 18-ə çatanda boyları 1.20-1.30 metrdən yuxarı qalxmır.

Ümumiyyətlə, Azərbaycanda yeni boy problemi varmı? Doğrudanmı Uzun Həsənin nəvə-nəticələri Cırtdana çevrilirmi? Müsahibəsində endokrinoloq Günel Axundova uşaqların boy problemlərinin səbəblərini açıqlayıb.

- Cəmiyyətdə belə bir fikir var ki, uşaq doğulan zaman boyu 51 sm-dən çox olarsa ucaboy, 51 sm-dən az olarsa, bəstəboy olacaq. Bu fikirdə doğruluq payı nə qədərdir?

- Bu fikir tam olaraq həqiqətə uyğun deyil. Uşaq 49 sm-də doğula və normal inkşaf edə bilər. Az çəkili doğulan uşaqlarda boy problemi daha çox olur. Xüsusən, vaxtından əvvəl dünyaya göz açan uşaqlarda boy hormonu problemi daha güclü olur.

- Sizə övladının boy problemi ilə bağlı müraciət valideynlər çoxdurmu? Uşaqların boyuna genetikanın təsiri varmı?

- Hazırda 2-3% uşaqlarda boy geriləməsi var. Genetika isə təbii ki, uşaqların boyuna təsir edir. Uşaqların boy inkişafında ilk faktor, şübhəsiz, genetikadır.

İkinci faktor səhv qidalanma, həyat tərzi, vitamin çatışmazlığı, inkişaf dövründə uşaqların yoluxduğu infeksion xəstəliklər, piylənmə, ürək-böyrək xəstəlikləridir.

Qızlarda "Turner" sindromu olur və bu da boy qısalığını ortaya çıxarır.

- Dünyanın bir ox səhiyyə qurumları müəyyən edib ki, təxminən son 50 ildə bəzi xalqlarda boyla bağlı dəyişikliklər meydan gəlib. Azərbaycanlıların getdikcə cırlaşması ilə bağlı iddialar nə dərəcədə doğrudur?

- Cırlaşma faktoru doğrudur. Artıq ucaboy insanları nadir hallarda görürük. Mən bunun səbəbini qohum nikahlarında da görürəm. Qohum nikahları Azərbaycanda ucaboy insanların sayını həqiqətən də azaldıb.  

- Xalq təbabətindən gələn müəyyən reseptlər var. Məsələn, deyilir ki, kök, kələm yemək boyu uzadır. Bu fikirlər doğrudurmu?

- Kök, kələm vitamini bol olan tərəvəzlərdir. Lakin boy uzatmağa təsir etmir. Tərəvəzlərdə olan vitaminlər uşağın bədənini təmin etdikdən sonra boy artımı onsuz da başlayır. Uşaqlar bol tərəvəz və meyvə yeməlidirlər ki, onlar da vitamin çatışmazlığı olmasın.


***

Qeyd edək ki, tədqiqatçılar son 100 ildə 187 ölkədə orta boy dəyişikliklərini tədqiq ediblər.

Dünyanın ən ucaboy kişiləri hollandiyalılar (183 sm), ən ucaboy qadınları isə latviyalılardır (170 sm).

Araşdırmaya görə, Asiya qitəsində iranlı kişilər və cənubi koreyalı qadınlar ən çox böyüyüblər (müvafiq olaraq 16 və 20 santimetr).

1960 və 1970-ci illərdə hər iki cinsin orta boyunun müəyyən bir yaylaya çatdığı ABŞ-dan əldə edilən nəticələr təəccüblü idi. Bir əsrdə orta amerikalı cəmi 6 santimetr, amerikalı qadın isə 5 santimetr böyüdü.

Ən ucaboy millətlər siyahısında amerikalılar 100 il əvvəl üçüncü və dördüncü yerlərdə olduğu halda, hazırda 37 və 42-ci yerlərdədir.

Dünyanın ən bəstəboy kişiləri Şərqi Timorda yaşayır (160 santimetr). Qadınlar arasında bu titul 1914-cü ildə olduğu kimi Qvatemala sakinlərinə aiddir. Qvatemalalı qadının boyu orta hesabla 140 santimetr idi, hazırda bir yarım metrə çatıb.

Orta boyda ən böyük dəyişikliklər Şərqi Asiyada qeydə alınıb. Yaponiya, Çin və Cənubi Koreya sakinləri əcdadlarından 100 il əvvəl olduğundan xeyli hündürdürlər.

Üstəlik, bəzi Afrika ölkələrində orta artım 1970-ci illərdən bəri azalıb.




Xəbəri paylaş

2268 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___