Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Bal və darçın qarışımının orqanizmdə sehirli möcüzələri
Tarix: 27-12-2022 | Saat: 09:04
Bölmə:Karusel / Maraqlı | çapa göndər



Hər səhər çörək yeyərkən çörəyinizin üstünə cem əvəzinə bal sürtün, üstünə isə darçın tozu səpin. Bu qarışım qanda xolesterini azaldır və infarkt riskini aradan qaldırır. Hətta infarkt keçirmiş xəstələrdə təkrar infarktın baş verməsinə yol vermir və ürək əzələsini qüvvətləndirir.
Amerika və Kanadada olan qocalar evlərində yaşayan yaşlılara vaxtaşırı bal və darçın qarışımı verilir. Uzun müddət bu qarışımdan istifadə edənlərin vena və arteriyalarında baş verən müsbət dəyişikliklər həkimlər tərəfindən öz təsdiqini tapdığı üçün ondan bəzi ölkələrin qocalar evində də daima istifadə edilir. Mütəxəssislərin araşdırmaları bal və darçın qarışımının aşağıdakı faydaları olduğunu təsdiqləmişlər:
* orqanizmin gücünü artırır
* diqqəti və yaddaşı möhkəmləndirir
* sisdik kisəsinin iltihabi xəstəliklərini sağaldır
* saç tökülməsinin qarşısını alır
* dəridəki infeksiyaları sağaldır
* həzmi yaxşılaşdırır
* ağız qoxusunu aradan qaldırır
* orqanizmin qocalmasının sürətini azaldır.
Yaşlı adamlara bal və darçın qarışımının faydasının araşdıran amerikalı doktor Milton Bur qarışımın yaşı adamlar üçün əvəzolunmaz bir dərman olduğunu qeyd edir. Onun dediyinə görə hər gün bir stəkan suya yarım çay qaşığı darçın və bal töküb içmək orqanizmin həyat üçün əhəmiyyətli funksiyalarını möhkəmləndirir və bərpa edir. Bunun üçün hər gün səhər acqarına və gündüz saat 15.00-da 1 stəkan suya yarım qaşıq darçın və bal töküb qarışdırmaq və qəbul etmək lazımdır.
Artritdən əziyyət çəkən xəstələr səhər və axşam 1 fincan isti suya 2 çay aşığı bal və 1 çay qaşığı darçın əlavə edib içmək lazımdır. Bu qarışımı düzənli qəbul etmək artrit əlamətlərinin azaldır.
Kopenhagen universitetinin həkimləri öz xəstələrinə hər səhər acqarına 1 xörək qaşığı bal və yarım çay qaşığı darçın qarışımı yeməsini tövsiyə etmiş və 1 ay sonra müayinələr aparmışdır. Müayinələr nəticəsində 200 xəstədən 73-ün artrit ağrılarının tamamilə yox olduğu aşkararlanmışdır.
Xolesterinli xəstələr 2 xörək qaşığı balı 3 çay qaşığı darçınla 2 stəkan suya qarışdırıb içdikdə, 2 saat müddətində qanda xolesterinin miqdarı 10% aşağı düşür.
Xolesterindən xroniki əziyyət çəkənlər gündəlik menyularına bal və darçın əlavə etsələr, qanlarında xolesterolun miqdarının tədricən azaldığını görəcəklər. Bal və darçını qarışdırıb ağrayan dişin üzərinə qoyduqda diş ağrısı dayanır. Südə qatılmış bal və darçın soyuqdəymə əlamətlərini aradan qaldırır və xəstəliyin tez bir zamanda sağalmasına yardım edir.
Mütəxəssislər bal və darçın qarışımını bir müddət qəbul edənlərin dəri problemlərinin aradan qalxdığını və dərilərinin gözəlləşdiyini də təsdiq edirlər.





Xəbəri paylaş

2388 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___