Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Niyə behiştin qapıları cəhənnəm qapılarından çoxdur?
Tarix: 25-12-2022 | Saat: 12:20
Bölmə:Karusel / İbadət | çapa göndər



Quran buyurur: "Və onların hamısının vədə yeri, mütləq Cəhənnəmdir. Onun yeddi qapısı vardır, hər qapı(dan daxil olmaq) üçün onların bir hissəsi bölünmüşdür. [Yaxud: Onun yeddi təbəqəsi vardır ki, hər bir təbəqə üçün cəzalarının müxtəlifliyinə görə onların bir dəstəsi bölünmüşdür". ("Hicr" 43-44).

Ayətullah Məkarim Şirazi bu ayələrin təfsirində buyurur: "Bu qapılar həqiqətdə günah qapılarıdır ki, günahkar insanlar onların vasitəsilə cəhənnəmə daxil olarlar. Necə ki, behişt əhli etdiyi saleh əməllərə əsasən müəyyən olunan qapılardan daxil olarlar, cəhənnəm əhli də o cür - etdiyi günahlara görə müəyyən edilən qapılardan cəhənnəmə daxil olarlar. Cəhənnəm qapılarının sayı yeddidir və bu rəqəm insanı cəhənnəmə çəkən müxtəlif amillərə işarə edir.

Yəni, insanın dünyada etdiyi günah amilləri onu bu qapılardan daxil olmağa vadar etmişdir.

Behiştin qapıları da bu cürdür.

"Nəhcul-bəlağə" buyurur: "Cihad - behiştin qapılarından biridir ki, onu xüsusi bəndələrinin üzünə açar".

Başqa bir hədisdə oxuyuruq: "Qılınclar behiştin açarlarıdır".

Bəs niyə behiştin qapılarının sayı 8-dir, ancaq cəhənnəm qapılarının sayı 7-dir?

Cavabında deyə bilərik ki, baxmayaraq ki, əzab və bədbəxtliyə gedən qapılar çoxdur, ancaq səadət və xoşbəxtliyə gedən qapıların sayı ondan daha çoxdur".

Yəni, Allah insana səadətə çatmaq üçün daha çox fürsətlər yaradar.
Allahın rəhməti qəzəbini üstələyər.

Bu, insandır ki, özünü bədbəxt edib, günaha üz tutar və cəhənnəmi seçər.




Xəbəri paylaş

2028 dəfə oxunub.

Digər xəbərlər
16-01-2018, 10:01 Cəbhədən XƏBƏR VAR

bütün xəbərlər
____ Instagram ___