Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Bu bürcün başından pul töküləcək - 2023-ün PROQNOZU
Tarix: 24-12-2022 | Saat: 11:06
Bölmə:Karusel / Qoroskop | çapa göndər



2023-cü ildə bəzi bürclərin nümayəndələri üçün xüsusilə əlverişli olacaq. Müəyyən bürclər gəlirlərini əhəmiyyətli dərəcədə artıra biləcəklər, qalanlar isə xərclərini daha ağıllı şəkildə xərcləməli olacaq.

Astroloq və bioenergetik Mirella Həsənova 2023-cü ilin maliyyə ulduz falını təqdim edib.

Hansı bürclər varlanacaq və ya kimlər maliyyə ilə bağlı çətinliklərlə üzləşəcək?

Qoç

2023-cü ilin əvvəlində Qoçların maliyyə vəziyyətində dəyişikliklər nəzərə çarpacaq. Əvvəlki fəaliyyət artıq nəzərəçarpacaq fayda gətirməyəcək, odur ki, yeni gəlir yerləri axtarmalı olacaqsınız. Optimistliyi itirməyin və yazın ortalarında sahibkarlıq bacarıqlarınız sizə düzgün istiqamət göstərəcək. İnvestisiya layihələrinə edilən yatırımlar Qoç bürcləri üçün xüsusilə uğurlu olacaq. Bu, təkcə məişət ehtiyaclarını ödəməyə deyil, həm də qazancın bir hissəsini yeni ideyalara ayırmağa imkan verəcək.

Buğa

Buğa bürcünün maliyyə vəziyyəti 2023-cü ildə sabit olacaq. Başınızdan pul yağmasa da, ailə büdcəsində də nəzərə çarpan boşluqlar olmayacaq. Əlinizdə olanların qədrini bilin və şikayətlənməyin. 2023-cü ilin yayında Buğa bürclərini investisiya üçün çox perspektivli layihələr gözləyir. Bununla belə ulduzlar şirnikləndirici situasiyalara aldanmamağı şiddətlə tövsiyə edir, çünki asanlıqla əldə edilən pulun itirilmə riski yüksəkdir.

Əkizlər

Əkizlər üçün 2023-cü il heyrətamiz fürsətlər gətirəcək. Bütün maliyyə əməliyyatları saat mexanizmi kimi işləyəcək. Ulduzlar Əkizlərə azla kifayətlənməməyi, üfüqlərini genişləndirməyi məsləhət görür. Biznesinizdən maksimum fayda əldə etmək üçün yeni iş ortaqları axtarın və səriştəli idarəçiliyə diqqət yetirin. Bu tövsiyələrə əməl etsəniz, ilin sonuna qədər var-dövlətinizi nəzərəçarpacaq dərəcədə artıra bilərsiniz.

Xərçəng

2023-cü ildə Xərçənglər ayaq üstə möhkəm dayanacaqlar. Maliyyə vəziyyəti uzunmüddətli perspektivdə sabit olacaq. Seçdiyiniz biznesdə özünüzü sübut etməyə davam edin və payıza qədər ciddi qənaət edə biləcəksiniz. Ulduzlar Xərçəng bürclərinə ilin sonuna qədər bank depozitindən əlavə gəlir, həmçinin miras və ya uduş şəklində böyük bonuslar vəd edir. Təbii inamsızlığı bir kənara qoyun və gözlənilməz hədiyyəni qəbul edin.

Şir

Şirlər 2023-cü ildə nəzərəçarpacaq dərəcədə varlanacaq. Ümumi işə ən faydalı şəkildə təsir edəcək bir sıra mühüm qərarlar qəbul edəcəksiniz. Şans bütün il Şirləri müşayiət edəcək, odur ki, verilən bütün şanslardan istifadə edin. Əvvəllər riskli hesab etdiyiniz layihələrə diqqət yetirin və onlara sərmayə qoymağa qərar verin. Ulduzlar böyük cekpot və güclü pul axını vəd edir.

Qız

2023-cü ildə Qızlara maliyyə ilə bağlı mühüm qərarlar vermək tövsiyə edilmir. İnvestisiyadan, lotereya biletləri və kreditlərdən imtina edin. Büdcənizi rasional idarə etməli və mənasız xərcləri bir kənara qoynalı olacaqsınız. 2023-cü ilin payızında vəziyyət yaxşılaşacaq, lakin o vaxta qədər Qız bürcləri maddi vəziyyəti diqqətlə izləməlidirlər.


Tərəzi

2023-cü ilin ilk yarısında Tərəzi bürclərini böyük fürsətlər gözləyir. Məhz bu dövrdə böyük layihələrə diqqət yetirməli və düşünülmüş risklərdən qorxmamalısınız. Güclü maliyyə gəliri gətirəcək daşınmaz əmlaka investisiya qoymaq Tərəzi bürcləri üçün xüsusilə uğurlu olacaq. 2023-cü ilin sonuna qədər siz ciddi mənfəət əldə edə və yeni sövdələşmələr üçün tramplin hazırlaya biləcəksiniz.

Əqrəb

2023-cü il Əqrəblərin üzünə güləcək, maliyyə imkanları genişlənəcək. Bu ilin ortalarında sevindirici hadisə baş verəcək. Büdcənizi əhəmiyyətli dərəcədə artıracaq təsadüfi və gözlənilməz hadisələrə hazır olun. Köhnə layihələr gözlənilən nəticəni verəcək, eləcə də nüfuzlu sponsorlar yeni təkliflərlə gələcəklər. Əqrəblər üçün ikinci uğurlu dövr ilin sonu olacaq. Ulduzlar sizə ciddi pul mükafatları, qohumlarınızdan və ya həmkarlarınızdan qiymətli hədiyyələr vəd edir.

Oxatan

2023-cü ildə Oxatan bürcünün maddi vəziyyəti dəyişməzlik nümayiş etdirəcək, bu, onsuz da pis deyil. Ardıcıl və sabit gəlirlə siz yeni karyera sahələrini kəşf edə və ya daha perspektivli iş axtara bilərsiniz. Həyatda böyük dəyişikliklərdən qorxmayın, çünki istənilən bir addım maliyyə vəziyyətinə müsbət təsir göstərəcək.

Oğlaq

2023-cü il Oğlaqları gözlənilməz hadisələr sevindirəcək. Büdcənizi artırmaq üçün sabit mövqedən istifadə edin və ya maraqlı layihələrə investisiya qoyun. Payızda düzgün istiqamətdə hərəkət etdiyinizi başa düşəcəksiniz. Maddi durumuzunu yaxşılaşdırsanız da, başqalarına borc verməyin, çünki 2023-cü ildə tələb olunan məbləğin geri qaytarılmaması riski var.

Dolça

İş yerini dəyişmək və əlavə imkanlar axtarışları öz nəticəsini göstərəcək, 2023-cü ildə Dolçaların gəlirləri kəskin şəkildə artacaq. Qarşınızda yeni perspektivlər görünəcək. İndi Dolçalar nəhayət ki, istədiyi qədər alış-veriş etmək və ya maraqlı səyahətə çıxmaq imkanı əldə edəcəklər. Şübhələri qovun, ulduzlar sabit qazanc vəd edir. Bununla belə, pulunuzu ağılla xərcləməyə çalışın.

Dolça

Maliyyə uğuru Balıqları 2023-cü ilin yayında tapacaq. Bir çox əməliyyatlar və pul manipulyasiyalarını məhz bu dövrdə etmək tövsiyə olunur. Bununla belə, bütün pulunuzu boş yerə sərf etməyin və qələbəni erkən qeyd etməyə çalışmayın. İlin sonunda sizi büdcəyə daxil olmayan gözlənilməz xərclər gözləyir. Odur ki, israfçılıqdan çəkinməyə və maliyyəni rasional şəkildə idarə etməyə dəyər.



Xəbəri paylaş

5478 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___