Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Qaz limitinin sıfırlanmasını necə tezləşdirmək olar? - Sayğacın şəklini çəkib bu nömrəyə göndərin!
Tarix: 17-12-2022 | Saat: 13:33
Bölmə:Karusel / Gündəm / M2 | çapa göndər




Azərbaycanda əhalinin qaz limitləri smart kart tipli sayğaclarda dekabrın 31-dən yanvarın 1-nə keçən gecə avtomatik, mexaniki tipli sayğaclarda isə 10 gün müddətinə - yanvarın 1-dən 10-dək mərhələli şəkildə sıfırlanacaq.
Azəriqazın mətbuat xidmətinin rəhbəri Eldəniz Vəliyev BBC-yə bildirib.
Cənab Vəliyev vurğulayıb ki, mexaniki tipli sayğaclardan (mexaniki tipli sayğac - sonradan ödənişli sayğacdır-red.) istifadə edən 1 milyon 400 min abonentin limitinin sıfırlanması yanvarın 10-da tamamlanacaq.
"Biz prosesi başlayırıq, bu o demək deyil ki, mexaniki sayğaclardan istifadə edən 1,4 milyon abonentin hamısının limiti yanvarın 10-da sıfırlanacaq. Biz bu müddət ərzində prosesi davam etdirəcəyik. Tutaq ki, kiminsə sayğacı yanvarın 2-də və ya 3-də sıfırlanacaq, iki günə nə baş verəcək? Yəni, burada böyük bir itkidən söhbət getmir".
"Azəriqaz" təmsilçisi vurğulayıb ki, limitinin tez sıfırlanmasını istəyən fərdlər prosesi sürətləndirmək üçün könüllü şəkildə dekabrın 31-də öz sayğaclarının şəklini çəkib, "077 3104104 nömrəsinin WhatsApp-ına göndərə bilərlər", o deyib.
Eldəniz Vəliyev həmçinin bildirib ki, Socar "Azəriqaz" İstehsalat Birliyi olaraq, bu il ölkəyə xüsusi cihazların gətirildiyini və "bundan sonra ağıllı sayğac sisteminə keçid ediləcəyini" bildirib.
"MTK-larda 40 mindən artıq sayğaca quraşdırmaq üçün cihazlar gətirilib, quraşdırılıb. Bu cihazlar mexaniki tipli sayğaclarda mərkəzləşdirilmiş qaydada məlumatları öyrənəcək, onlayn ödənişi həyata keçirmək imkanı verəcək, debütör borc artdığı təqdirdə mərkəzləşdirilmiş qaydada abonentin qazını dayandırmaq və borc ödəndikdən sonra elə mərkəzləşdirilmiş qaydada da abonentin qazını bərpa etmək imkanı verəcək. Bundan sonra isə həmin cihazların quraşdırıldığı mexaniki sayğac sahiblərinin qaz limiti də dekabrın 31-dən yanvarın 1-nə keçən gecə avtomatik yenilənəcək", - cənab Vəliyev əlavə edib.
O, vurğulayıb ki, bu cihazlar Azəriqaz-ın hesabına gətirildiyi üçün onların təchizatı "mərhələli şəkildə baş tutacaq".




Xəbəri paylaş

2118 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___