Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Xankəndi yolunda GƏRGİNLİK ARTIR - Rusiya GÜC TƏTBİQ ETMƏK İSTƏYİR - FOTO
Tarix: 12-12-2022 | Saat: 13:20
Bölmə:Karusel / Gündəm / Siyasət / Foto-fakt | çapa göndər



Azərbaycanın Rusiya sülhməramlılarının yerləşdiyi ərazilərdə faydalı qazıntı yataqlarının qanunsuz istismarı və onun törətdiyi fəsadlarla bağlı iki gün əvvəl planlaşdırılan ilkin monitorinqi növbəti təxribat nəticəsində baş tutmadı.

Beləcə, Rusiya hərbi kontingenti bir neçə gün əvvəl məmurlarımızla görüş zamanı verdiyi vədi yerinə yetirmədi. Monitorinq yerinə gələnlər aressiv separatçılarla üz-üzə qalıblar, onlar yolu kəsiblər və aralarında mübahisə yaşanıb.

Görünür, Rusiya hərbi kontingenti gərginlikdə maraqlı olub. Halbuki Kreml istəsəydi, Qarabağdakı hərbi kontingentinin komandanlığına əmr verərdi ki, monitorinqin aparılmasına şərait yaradılsın və bu barədə separatçıların rəhbərliyi xəbərdar edilsin. Rusiyadan asılı vəziyyətdə olan separatçılarıonların icazəsi olmadan yolu kəsməz və azərbaycanlı məmurların fəaliyyətə mane olmazdılar. Separatçılar Kremlin məqsədi üçün bir alətdir. 

Lakin Rusiya anlamalı idi ki, Azərbaycan Moskvanın bu cür destruktiv mövqeyi qarşılğında geri addım atmayacaq, monitorinq istəyindən əl çəkib geri çəkilməyəcək, bu cəhdi ilə kifayətlənməyəcək. Bakı bu gün bir daha göstərdi ki, bunun ardınca başqa tədbirlər planı da var. Rusiya birinci addımımızı əngəlləməklə bizə belə bir mesaj göndərməyə çalışdı ki, o biri addımlarınıza da şərait yaratmayacağıq. Ancaq bizim əlimizdə elə alətlər var ki, onları yerində reallaşdırmaq üçün Rusiya hərbi kontingenti ilə məsləhətləşməyə ehtiyac yoxdur.

Məsələn keçmiş Laçın dəhlizinin bağlanması ilə separatçıların və sülhməramlıların Ermənistana birbaşa çıxışı bloklanmış olacaq. Necə ki, bunu iki gün sonra Azərbaycan həm Kremlə, həm də qondarma rejimə nümayiş etdirdi.

Belə ki, Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində azərbaycanlı aktivistlər və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə bağlayıblar. Yolu bağlayan aksiya iştirakçıları çadır qurublar və tələbləri yerinə yetirilməyənə qədər geri çəkilməyəcəkləri bildirilir.

Qumbaraatan, Pulemyot kimi iriçaplı silahların əraziyə cəlb edilməsi və şəxsi heyətin bir xeyli artırılması dinc aksiya iştirakçılarının diqqətindən yayınmayıb. Yerli KİV-lərin əldə etdiyi kadrlardan da həmin mənzərəni açıq şəkildə görmək mümkündür.

Hətta Azərbaycan bayraqlarının açılması ilə bağlı sülhməramlıların yuxarı komandanlığa "ratsiya" ilə məruzə etməsi də azərbaycanlı nümayəndə heyətinin diqqəttindən qaçmayıb. 

Bu fotodan görünür ki, sülhməramlılar aksiya iştirakçılarına güc tətbiq ediblər: "Report" agentliyinin avtomobilinə də avtomatın qundağı ilə zərbə endirilib. Sülhməramlıların davranışı isə mülki vətəndaşlarımıza qarşı təxribatlar törədilə biləcəyi ssenarisini də istisna etmir. 

Nəzərə alsaq ki, sülhməramlıların polkovniki Şuşa-Xankəndi yolunda aksiya keçirən azərbaycanlı aktivistlərin qarşısında içkili halda çıxıb, belə olan halda sülhməramlılardan adına uyğun olmayan istənilən xoşagəlməz addımı gözləmək mümkündür.

İki gün öncə erməni separatçılar Azərbaycan nümayəndə heyətinin qarşısını kəsərək aqressiya nümayiş etdirib nazirlik nümayəndələrinin monitorinq istəyinə mane olaraq güc tətbiq edərək geri qaytardığı hadisə ilə indiki situasiyanı müqayisə etsək tamamilə fərqli mənzərənin şahidi olacağıq. 

Həmin hadisə zamanı Azərbaycan nümayəndə heyətinin təhlükəsizliyinə zəmanət verən sülhməramlılardan kimisə görmək mümkün olmayıb. Bu da o deməkdir ki, Rusiya sülhməramlıları ilə separatçılar bu məsələni öncədən razılaşdırıblar və Azərbaycandan olan azsaylı ekoloqların qarşısına mülki geyimdə aqressiv erməni kütləsini çıxardaraq Azərbaycanı təxribata çəkməyə cəhd ediblər.

Amma biz bu gün Şuşadan Xankəndinə gedən yolda soydaşlarımızın haqlı dinc etirazına qarşı sülhməramlı kontingentdən fərqli mənzərənin şahidiyik. Təbii sərvətlərimizin talanmasına etiraz edən, kontingentin komandanı Volkovun hadisə yerinə gəlməsinə tələb edən, ona suallarının olduğunu deyən əliyalın, dinc aksiya iştirakçılarının qarşısına Rusiya hərbçiləri iriçaplı silahlarla silahlanmış halda çıxdılar. 

Sülhməramlıların da dayanmadan Azərbaycandan olan etirazçıları kameraya çəkməsi deməyə əsas verir ki, bu görüntülər təkcə Volkovun masasına yox, eyni zamanda onların birbaşa bağlı olduğu Kremlə də gedib çıxacaq.

Əgər sülhməramlılar müvəqqəti nəzarət zonalarındakı istənilən prosesə belə çevik reaksiya vermək qabiliyyətinə malikdirlərsə, niyə məhz xunta rejiminin Azərbaycan ərazisindəki özbaşınalıqlarına, təxribatlarına, yerüstü-yeraltı sərvətlərimizi talamalarına, Azərbaycan ərazilərində yeni istehkamlar qurmasına, səngərlər qazmasına, Laçın dəhlizindən mina və silahlar daşınmasına belə çevik reaksiya verib, bu özbaşınalıqların qarşısını almaq üçün hər hansı bir təşəbbüslə belə çıxış etmirlər?

Azərbaycanlı nümayəndə heyətinin qarşısına çıxmağa cəsarət etməyən, onların haqlı sualları qarşısında haqsız durumda görünəcəyini bildiyi üçün nümayəndə heyətinin tələblərinə rəğmən rus general üzərindən artıq saatlar keçsə də, hadisə yerinə gəlmək istəmir. 

Andrey Volkov Suriyada PKK və onun qollarına verdiyi dəstək ilə tanınırdı. Anlaşılan odur ki, köhnə xasiyyətini dəyişməyib. Qarabağda da separatçı rejimin qalıqlarına, terrorçulara dəstək verdiyini açıq şəkildə görürük. Hansı məqsədlə Qarabağa gəldiklərini unudan sülhməramlı kontingent bir şeyi dəqiq unutmamalıdır ki, onların Qarabağda 5 illik müddəti bitən kimi Azərbaycan ərazilərini birdəfəlik tərk etməlidirlər. Azərbaycan Respublikası ərazisində yeganə qanuni silahlı birləşmələr AR Silahlı Qüvvələridir. Qalan bütün silahlı birləşmələr işğalçı qüvvə statusu daşıyır. Necə ki, bu son proseslərdə biz bunu daha aydın şəkildə gördük. 

Bu hadisələr bizi 44 günlük müharibənin gedişində olduğu kimi yenidən bir yumruq kimi birləşib MİLLƏT olduğumuzu bütün dünyaya göstərməyimiz adından olduqca əhəmiyyətlidir. Proseslərin ardıcıllığı deməyə əsas verir ki, Azərbaycan növbəti tarixi günlərini yaşayır. Bir yumruq olub erməni separatizmini, terrorizmini, həmçinin rus ordusunu bölgədən çıxartmaq üçün son təxribatlar bardağı daşıran damla oldu. 

Təbii ki, maksimum qətiyyətli və ehtiyatlı olmaqda fayda var. Çünki qarşımızdakı Ermənistan ərazisində hərbi helikopterini vurub, Azərbaycanı günahlandıran rusdur. İstənilən təxribat qaçılmazdır. Belə bir həssas məqamda Azərbaycan nümayəndə heyətinin qarşısına içkili polkovniki çıxaran Rusiyanın nə qərar verəcəyi bəlli deyil. Amma bəlli olan bir məsələ var, Azərbaycan daha nə 20 yanvar faciəsi, nə də Xocalı soyqrımı kimi qətliamlardakı Azərbaycandır. İstənilən təxribat Azərbaycan Ordusu tərəfindən anında cavabını ala bilər. Bunu Kremldə də yaxşı bilirlər. Moskva anlamalıdır ki, 5-10 separatçı üçün Azərbaycanı, türk dünyasını qarşısına almaq ona çox baha başa gələ bilər. 


Milli.Az

Məqaləyə dair fotomateriallar:



 


Xəbəri paylaş

3088 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___