Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Xalqın yox olma sirrindən biri: Qarabağda “İrana xoş gəlmişsiniz!”
Tarix: 28-11-2022 | Saat: 17:38
Bölmə:Karusel / Gündəm / M2 / Aktual | çapa göndər

Ey dili qafil fil faili məchul fani f...

 
 
Derlər ,
Hamımız bir qanadlı mələyik. Amma bir-birimizlə qucaqlaşsaq, uça bilərik düşüncəsiylə gecəni sabahlayan, unudulmuş oxucu,
 
3 gün əvvəl əhvalımı alt-üst edən bir hadisəylə qarşılaşdım. Füzuli rayonuna gedirdik. Horadiz yolunda əslən Nigeriyalı olan Con telefonundakı yeni daxil olmuş mesajı mənə göstərərək dedi: biz İranın ərazisindəyikmi? Biz, İranamı gəlmişik?
Düzü, əvvəlcə tutuldum. Bir az da əsəb yaşadığımı deyə bilərəm. Düşündüm ki, bu xaricdən gələn qonaqların deyəsən qafasını əməlli-başlı yıxayıb bu tərəfə ötürüblər. Sən hansı ölkənin ərazisində olduğunu bilmirsən ki, üstəlik bir soruşursan, bura İranın ərazisidir? 
Bilirsinizmi, olduqca həssas bir dönəmdə yaşayırıq. Qarabağı hansı qurbanlar və maneələr bahasına əldə etdik. Bu gün İranın bizə qarşı münasibətindəki qanqaraldıcı dalqavuqluğa heç bir ad vermək olmur. Hər gün Arazın o tayında öz haqqı uğrunda mübarizəyə qalxmış neçə - neçə vətən övladımız gənc molla rejiminin qurbanına çevrilib. Belə bir qaynar, həssas vaxtda, birisi kənardan sənin ölkənə gəlsin, sonra qalxıb desin ki, bağışlayın, biz, İrana gəlmişik? Gerçəkdən, darmadağın olub getməzsənmi? 
Yəqin bunu hər kəs bilir, Araz boyuna çatdığında telefonuna gələn məsajda(bildiridə) bu sözlər yazılır: İranın ərazisinə xoş gəlmisiniz!
Keçən əsrin əvvəlində bizimkilərin göylərə qaldırdığı rusun ortabab şairlərindən biri S.Yeseninin başından keçən o məlum olay, indi dillər əzbəridir. O zamanlar Bakıya gələn şair, şərabın təsiri ilə o qədər sərxoş və gördüyü mənzərələrin doyumsuzluğundan o qədər pəndəm olur, cəzbə qapılır ki, Bakıda olduğu müddətdə Təbrizə gəldiyini zənn edir. Üstəlik, bu yaşamını ədəbiyyata çevirib tarixin yaddaşından asır. Gördüyü çadralı bir türk gözəlini də fars qızı kimi qələmə verib rahatca buralardan gedir. Ancaq tarix elə asanlıqla gedənə oxşamır. Mən bu yanlışlığı birmənalı şəkildə Yeseninin səxoşluğu və sadəlövlüyü ilə bağlayıram. Anladıq, Yesenin sərxoş olduğundan Bakını Təbriz, türk qızını fars qızı bilmişdi. Bu yanlışı düzəltmək mümükündürmü, əcaba? İnanmıram. Poetik mətnlərdəki gerçəkliklər yanlışlıqla qələmə alındığında, heç vaxt əsl düzgünlüyünü uddura bilmir, verə bilmir, təqdim etməkdə acizləşir. Bizim bu Con da, mən şahidəm ki, Yesenin qədər sərxoş deyildi. Üstəlik, Yesenin kimi, nə rus idi, nə Rusiyadan gəlmişdi? O Nigeriyalı balasıdır. Məncə, ilin -günün bu çağında Nigeriyalı olub, Araz boyunda bulunmağın isə öz həqiqəti vardır.
Derlər,
Araz aşığından, Kür topuğundan olan unudulmuş oxucu,
Daha bizim çağımızda yanlışlıq yapmaq üçün, sərxoş olmağa ehtiyac yoxdur. Çağdaş texnoloji inkişafdan dolayı həqiqi bilgisizlik aləmi qarsıb - qovurur. Bu baş verənlər bir az böyük şəkildə Kolumbun hələ də tarixdə vurnuxan Amerikanı kəşfinin fitnəsini mənə xatırladır. Amerika qitəsinə gedib çıxan Kolumb bu yerləri “Qərbi Hindistan” deyə anlayar və özündən sonrakı tarixə beləcə bir qeyd düşər. İndi bu hörmətli Con müəllim, zəlzələdən və ya vəlvələdən, hazırda üzərində duruduğu torpağın İran məmləkəti olmasının sanki “Yesenin sərxoşluğunu” yaşayırdı. Hər şeyi ətraflı başa saldıqdan sonra bir az rahatlaşan kimi oldum. Ancaq bu günə qədər o narahatlıq birə beş artaraq azalmaq bilmir, səngimir. 
Bir-bir adı, ünvanı torpağın üzərinə, özünə qaytarmaq üçün minlərlə can qurban vermisən. (Torpaq həm də addan ötə ünvandır. İnsanoğlunun “A” nöqtəsindən “B” nöqtəsinə hərəkət trayektoriyası ilahi qədər müstəvisində varacağı ən doğru ünvandır. Ömrümüz boyu fərqli ünvanlarımızın və son ünvanımızın da adı üzərində olan mahiyyəti ehtiva edən dayanacaqdır torpaq:-x.t.)  İndi bir güllə atmadan, üstəlik sənə nifrəti sonsuz olan bir ölkə doğma yurdunun ərazisində öz adını işə salması fəlakət deyilmi? Bunun adı nədir? Ümumiyyətlə, ölkəmizin ərazisində  “İrana xoş gəlmişsiniz!”  mesajının altında nələr uyuyur. İran adlanan dövlət, sizcə, başqasının olan ərazisini, torpağını nəyə görə öz adıyla təqdim etməlidir, yaxud etmişdir?  
Derlər,
Susmağı böyük vəhy hesab edən unudulmuş oxucu, 
Təsəvvür edirsinizmi,
 Rusiyanın Moskvasının küçələrinin biri ilə sabahleyin qalxıb irəliləyirsən. Bu zaman telefonunun ekranında bir məsaj -bildiri səni coşdurmazmı: "Azərbaycana xoş gəlmişsiniz!". Yaxud İranının Tehran şəhərində erkən oyanıb məscidə tələsərkən, telefonunun ekranında bir məsaj -bildiri yenə peydah olur: “Azərbaycana xoş gəlmişsiniz!.” Eləcə də, Amerika, İngiltərə, Fransa, Yunanıstan, Çin, Hindistan kimi ölkələrlə bu siyahını uzadaraq, o ölkələri bir anda yeni gələn qonağa Azərbaycan ərazisi kimi, Azərbaycan kimi inandırıcı olaraq tanıtmaq olarmış... qəribədir, deyilmi?  Bu cür yanaşmanı başqa bir örnəklərlə də təcrübədən keçirmək mümkün. Məsələn, Rusiyaya Puşkinin yubileyi üçün gələn İspaniyalı bir şair, Moskvada olarkən, “Azərbaycana xoş gəlmişsiniz!” mesajını bir daha sınaqdan çıxarsaq, “Yevgeni Onegin”in sevgisiylə, “Leyli və Məcnun”-un eşqini qiyamətə kimi qarışdırmaqla məşğul olacaq. Çünki ispaniyalı cənab şair bu yerdə məhəbbətlə eşqi əbədi olaraq qarışdırmış olacaq. Yevgeni Oneginlə insan sevgisini, nəfsini, məhəbbətini dünyanı anlayan ispan şairi, birdən birə Leyli Məcnunla, eşq anlayışı ilə dünya dərkini itirməklə, dünyanın bir çox ölkələrini, mədəniyyətini, tarixini də itirməli olacaq. Biz, dünyanı qazanmaq, dünyanı özümüzünki etmək yerinə, nədən birdən- birə bu şəkildə tərsəb mənsəp siyasi və kinli yerdəyişimlərlə xaos yaradıb dünyanı azaltmaqla, itkiyə verməklə uğraşmalı oluruq? Bizim borcumuz dünyanın hər nöqtəsini öz ölkələri, mədəniyyətləri, insanları, xalqları ilə qorumaqdırmı, yoxsa dünyamızı beləcə yanlış-şeytani xislətə uyaraq qarışdırıb, azalatmaq, kəsmək, paçalamaqmı? (Mənim bildiyim budur ki, insanlığa əmanət olaraq verilmiş bu dünyanın insan tərəfindən böyüdülməsi, qorunması İlahi sifarişdir və bu böyümə, qorunma insanlığın əldə etdiyi mədəniyyətlə, tarixlə mümkünləşir:-x.t.) Bilirsinizmi, bu nəyə bənzəyir? Günlərin bir günü bir xəstəxanada eyni vaxtda doğum yapan iki qadının birinin oğlan övladını bilərəkdən, ya bilməyərəkdən gətirib o biri qadına, bu biri qadının qız övladını isə o biri qadının anasına təslim etməyə bənzər. Bu bənzərliyin faciəsi belə getməz və burda bitməz. Bu iki qadının xəstəxana tanışlığı uzanıb gedər. Bir- birlərinə gediş -gəlişlər yaxınlığa və o iki yavrunun bir gün bir- birinə aşiq olması ilə bitdiyi yerdə, ortaya hansı mənzərə çıxacağını görmək, ürək parçalamaq deyilmi? Çünki bu yerdə iki gəncin sevişib evlənməsi, qardaşla bacının evliliyi sayılır. Çünki bu qadından doğulan oğlan o biri qadının, o qadından doğulan qız isə oğlanın anasının südünü əmdiyindən, bu iki gənc qardaş - bacı sayılırlar. Beləcə, qardaşla bacının evliliyi sevinclə, şadlıqla, xoşbəxtliklə qarşılanır. Təsəvvür edin, bu bəs deyilmiş kimi, olayın gedişatını izləyin. Bu zaman yaxın gen, oxşar və ortaq gen (süddən dolayı) formalaşdıran, sahiblənən bu iki gəncin dünyaya gətirəcəyi övladlar isə ən azından yaxın süd(qan) qurupundan bir çox olumsuzluqları varlığında daşıyan insan kimi dünyada nəsillərarası kimliyini sürdürəcək. Əcəba gələcəyin nəslini oluşduqrcaq bu kimliyin varlığının mahiyyətindən kimin xəvbəri olacaq və bu kimliyin ilahi-metafizik-dünyəvi-mədəni-fizoloji ağırlığı bir millətin, xalqın oluşumunda nələr deyir, hansı facilərin gizli şəkildə zühurunu hazırlayıb bizi yoxluğa sürükləyir. 
Bəli, bu gün İranın sərhəddində əgər kiminsə telefonuna “Azərbaycana xoş gəlmişsiniz!” yazılmırsa, Azərbaycanın da sərhəddində “İrana xoş gəlmişsiniz!” bildirisi yazı, mesaj, cümlə, fikir olmamalıdır. Yoxsa, iki ananın doğum yaparkən verdiyim nümunəsinin gələcəyə dönüş nöqtəsindəki faciəsinin bədəlini ödəməyini xalqların varlığı, yoxluğu ilə həll edəcəyik. 
Mən inanıram ki, bir gün Allahın elə bir təcəllası baş verəcək ki, nəinki telefonların ekranına, insanıların qəlbinə, zəkasına, şüuruna, fikrinə, düşüncəsinə dünyanın hansı nöqtəsi olur- olsun, ayaq basdığı yerlərin gerçək mənsubunun net, açıq mesajından xəbər tuta biləcək sətirlər öz diktəsini söyləyəcək. O zaman İranın bütöv ərazsi bizim millət, xalq, dövlət ekranımızda o İlahi məsajı bu cümlələrlə o yerlərə təşrif gətirən hər kəsə əyan olacaq: "Müqəddəs, Qədim Azərbaycana xoş gəlmişsiniz!!!"
Xanəmir Telmanoğlu


Xəbəri paylaş

3308 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___