Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Azərbaycanlı qız öz bakirəliyinə 14 min dollar qiymət qoydu – TƏFƏRRÜATLAR
Tarix: 28-08-2015 | Saat: 17:27
Bölmə:Karusel / Maraqlı / M2 | çapa göndər

Azərbaycanlı qız öz bakirəliyinə 14 min dollar qiymət qoydu – TƏFƏRRÜATLAR
Kirayə mənzildə böyüklər üçün oyuncaqlar, alt paltarları aşkar edilib.

Permdə (Rusiya) qəddarlığı ilə dəhşətə gətirən cinayətin törədilməsində günahkar bilinərək həbs olunan - Bereznikidə uşaqbazlıq ilə mübarizə aparan şəxs olub.


Daha öncə xəbər verdiyimiz kimi kişi 20 yaşlı azərbaycanlı qızı oğurlayıb, döyüb və zorlayıb. Ona əzab verən adamdan qaçmaq üçün qız özünü üçüncü mərtəbədən atıb.

Hadisənin şahidi və tibbi təcili yardım çağıran Yevdokiya Koleqova:

“Biz qaçıb gəldik və təcili yardım çağırdıq. O, yerdə uzanmışdı və qışqırırdı: “Kömək edin, məni oğurlayıblar. Mən Azərbaycandanam”. Deyirdi ki, onun pasportunu alıblar, kim? Nə? Biz bilmirik”.

Müstəntiqlər artıq müəyyən ediblər ki, Azərbaycan vətəndaşı saytda öz bakirəliyini satmağa cəhd edib.

Elana bereznikili cavab verib, o, 14 min dollar pul təklif edib, bu, 1 milyon rubla yaxındır. Kişi ona Permə qədər təyyarə bileti alıb, daha sonra şəxsən Bereznikidə qarşılayıb. Onlar intim xidmətlərin göstərilməsinə dair müqavilə imzalayıblar. Söz verilən məbləğ qızın gözlərini necə tutubsa o, müqavilədə bir bəndi görməyib.

Zərərçəkən:

“Müqavilə mənim ondan 5 milyon rubl dollar borc almağım və vermədiyim təqdirdə burada fahişə işləyəcəyim haqqında idi”.

Kirayə mənzildə müstəntiqlər dəlilləri – böyüklər üçün oyuncaqları, alt paltarları və bıçaqları müsadirə ediblər.

Zərərçəkənin sözlərinə görə, bunu etməyə məcbur edilib. Onun valideynlərini öldürə bilərdilər. Belə olduğunu görəndə mən dedim ki, onda gəl bir-birimizə yardım edək. Məni burax. Səhər məni buraxmadı. Bu gecə ərzində məni zorladı, vəssalam.

Zərərçəkənin sözlərinə görə, kişi, onu yarıçılpaq şəkildə şəkil çəkdirməyə məcbur edib.

Paradoks ondan ibarətdir ki, şübhəli bilinən şəxs uşaqbazlıq ilə mübarizə hərəkatının üzvü olub. O, iki dəfə mühakimə edilib və ona şizofreniya diaqnozu qoyulub.

Şübhəli bilinən artıq etiraf ifadəsi verib. Bu gün saxlanılan şəxsi həbs edib istintaq təcridxanasına yerləşdiriblər.Oxu.Az


Xəbəri paylaş

7198 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___