Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Polis Şirvanda əməliyyat keçirdi: Saxlanılanlar var (FOTOLAR)
Tarix: 12-11-2022 | Saat: 12:43
Bölmə:Karusel / Hadisə / Foto-fakt | çapa göndər

Polis Şirvanda əməliyyat keçirdi: Saxlanılanlar var (FOTOLAR)


DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinin və Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Hacıqabul rayon sakini Kamal Kərimov saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan  verilən məlumata görə, həmin şəxsin üzərinə keçirilən baxış zamanı bir kibrit qutusunda qablaşdırılmış marixuana, idarə etdiyi avtomobildən isə 500 qramdan artıq marixuana aşkarlanaraq götürülüb.

Polis əməkdaşları tərəfindən eyni istiqamətdə keçirilən digər bir əməliyyat tədbiri zamanı Hacıqabul rayon sakini Əli Alcanov da saxlanılıb. Həmin şəxsin üzərindən 7 qramdan artıq, idarə etdiyi nəqliyyat vasitəsindən isə 502 qram marixuana aşkarlanaraq maddi sübut kimi götürülüb.

Faktlarla bağlı Şirvan Şəhər Polis Şöbəsində cinayət işləri açılıb, saxlanılan şəxslər barəsində həbs qətimkan tədbirləri seçilib. Araşdırmalar davam etdirilir.

  • Polis Şirvanda əməliyyat keçirdi: Saxlanılanlar var (FOTOLAR)
  • Polis Şirvanda əməliyyat keçirdi: Saxlanılanlar var (FOTOLAR)
  • Polis Şirvanda əməliyyat keçirdi: Saxlanılanlar var (FOTOLAR)




Xəbəri paylaş

3688 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___