Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Məktəblərdə CİNSİ TƏRBİYƏ təlim edilməlidirmi? – Valideynlər “zamanı yetişib” deyir
Tarix: 26-10-2022 | Saat: 10:13
Bölmə:Karusel / Təhsil / Gündəm / M2 | çapa göndər


Hazırda oxunan: Məktəblərdə CİNSİ TƏRBİYƏ təlim edilməlidirmi? – Valideynlər “zamanı yetişib” deyir

Son zamanlarda artan seksual motivli cinayətlərin, zorlama faktlarının fonunda azyaşlı məktəblilərin, yeniyetmələrin olduğunu görürük. Həmçinin şagirdlərin öz sinifyoldaşlarını hər hansı xüsusiyyət, görünüşü ilə bağlı bulinqlərə məruz qoyduğu da davamlı olaraq baş verir.

Bəzi ekspertlərin fikrincə, bu həm də yetişməkdə olan nəslin bilgisizliyindən və cinsi tərbiyyəsiliyindən baş verir. Ortaya haqlı sual çıxır:

Belə olduğu halda məktəblərdə cinsi maarifləndiririlmə aparılmalıdırmı? Bu proses necə həyata keçirilməlidir? 

Psixoloq Şəms Məmmədova Bizim.Media-ya açıqlamasında bildirib ki, məktəblərdə cinsi tərbiyə (reproduktiv sağlamlıq) dərslərinin tədris olunması daha yuxarı siniflərdən başlanılmalıdır:

“Reproduktiv sağlamlığın tədrisi heç də yeni məsələ olmayıb, uzun illərdən bəri gündəmdə müzakirə olunan mövzulardan biridir.  Amma qeyd edək ki, hər bölgənin yerləşdiyi coğrafi mövqeyə, dini və mental baxışlarına uyğun psixoloji xüsusiyyətləri var.
Qərb dünyasında cinsi həyat tez başlayır, lakin bizdə bu belə deyil. Yuxarı siniflərdə biologiya, insan anatomiyası dərsləri keçirilir. Burada bir neçə saat dərsi “cinsi tərbiyə” mövzusuna ayırmağı daha düzgün hesab edirəm.

Ümumilikdə isə deyə bilərəm ki, bizim təhsil sistemində, məktəblərimizdə uşaqların psixoloji durumuna mənfi təsir göstərən daha aktual problemlər var ki, öncə onları həll etmək lazımdır. İlk növbədə, tərbiyənin uşağa  kiçik yaşlarından evdə valideynlər tərəfindən verilməsi doğrudur.

Bu barədə hər uşağın individual xüsusiyyətlərinə uyğun olaraq söhbətlər aparılsın. Uşağa həssas şəkildə cinsi məhrəmiyyət mövzusu aşılansın, bədəni tanıdılsın, vücudunun qorunmasının vacibliyi təlqin olunsun.

Məhz buna görə də nəinki uşaqlar, hətta valideynlərin özləri də maariflənməlidir. Təməl tərbiyə evdən başlanır və təməlin nə qədər sağlam qoyulması çox vacibdir. Necə ki evdə uşaqlarımız məktəbə gedənə qədər ona rəqəmlər, şeirlər, nağıllar öyrədilir, eləcə də cinsi tərbiyənin verilməsinə gecikmək olmaz”.

Ş.Məmmədova həmçinin uşağın bilgisizlikdən ən adi hərəkət olaraq qəbul etdiyi belə davranışların ona qarşı təcavüz, zorlanma olduğunu ayırd edə bilməməsidir:

“Ona görə də ən azı ayda bir dəfə belə təlimlərin keçirilməsində fayda ola bilər. Bu olduğu təqdirdə, uşaqlara yaş psixologiyası, onların ümumi ünsiyyət məsələləri, cinsi tərbiyə mövzuları haqqında məlumatlar verilə, şagirdin özünü, xarakterini həmçinin bədənini kəşf etməyə yardımçı olar.
Əvvəllər doğrudur ki, “İnsan və cəmiyyət” fənni tədris olunurdu buna müvafiq olaraq insanların davranış qaydaları, münasibətlər, etik kodekslər haqqında məlumat verilirdi. Amma təəssüflər olsun ki, fənn hazırda tədris olunmur.

İbtidai təhsil pilləsində isə “Həyat bilgisi” fənni tədris olunur ki, burada da çox cüzi informasiyalar verilir.

Etik kodeksləri nəzərə alsaq, sırf cinsi tərbiyə deyə yox,  İnsan və cəmiyyət dərsinin tədrisə yenidən qaytarılması və ya dediyim kimi psixologiya fənnini tədris proqramına əlavə edilməso sözügedən mövzularda şagirdləri maarifləndirməkdə, pis əməllərdən çəkindirməkdə fayda verər”.
Həmçinin keçirdiyimiz sorğu əsasında məlum olub ki, valideylərin çoxusu bu dərslərin keçirilməsini vacib sayırlar.

Onların fikrincə, bu təlimlərə hətta 5-ci sinifdən qismən başlanılmalıdır:

“Onsuz da dünya çox açıqdır, indi hər cür məlumatlar dolaşır, amma bu məslələr nüfuzlu müəllim və psixoloqlar tərəfindən uşaqlara təlqin olunarsaŞ düzgün anlaşma yaranar. Dərslərdə həm də cinsi yolla ötürülən xəstəliklər, onlardan qorunma, gigiyena, pornoqrafik kontentlərin ziyanı kimi məlumatlar müzakirə oluna bilər. Və bu, sağlam gələcək üçün çox vacibdir”.

 Bizim.Media




7178 dəfə oxunub.

Digər xəbərlər
07-12-2022
bütün xəbərlər
____ Instagram ___