Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Azərbaycanlılar dünyanın ən qaradinməz xalqlarından biri elan olundu
Tarix: 28-08-2015 | Saat: 00:13
Bölmə:Karusel / Gündəm / M2 / Reportaj | çapa göndər

Azərbaycanlılar dünyanın ən qaradinməz xalqlarından biri elan olundu

Callup sorğu keçirib.

Səkkiz postsovet respublikası, o cümlədən də Azərbaycan ən az emosional ölkələrdən biri olub, bunu Callup-un məlumatları sübut edir.

Xəbəraz.az Oxu.Az-a istinadən xəbər verir ki, SSRİ-nin əksər ölkələri ən az emosional ölkələr sırasına düşüb. Ən aşağı göstərici Banqladeşdə olub – cəmi 37% təsdiqləyici cavab.

Bir qədər yüksək göstərici Gürcüstan, Azərbaycan və Monqolustanda olub – hər birində 38%. Belarus və Sudan 39%, Rusiya, Ukrayna və Litvanın göstəricisi isə 40% olub. Moldova və Qazaxıstan, Kosovo, Bosniya və Myanma 41% göstərici ilə bir qədər yuxarıda yerləşiblər.

Ən emosional ölkələr isə Latın Amerikasının nümayəndələri olub. Siyahıya Boliviya və Salvador (59% təsdiqləyici cavab ilə) liderlik ediblər. İlk onluğa Ekvador, Filippin, Nikaraqua, Qvatemala, İraq (58%), Kambodca, Kolumbiya, Kosta-Rika (57%) düşüb. Eləcə də 57% təsdiqləyici cavabı Qonduras da nümayiş etdirib.

Sorğu 2014-cü ildə 148 ölkədə aparılıb.


Xəbəri paylaş

6308 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___