Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Ukrayna müharibəsində yeni dövr başlandı: strateji körpüdə partlayış - YENİLƏNİB - VİDEO - FOTO
Tarix: 08-10-2022 | Saat: 12:45
Bölmə:Karusel / Siyasət / Gündəm / Dünya | çapa göndər



11:58

Krım körpüsündə partlayışın törədilməsi peşəkarcasına hazırlanmış aksiyadır və Rusiya cəmiyyətinə psixologi təsir məqsədlidir.

Təsadüfi deyil ki, partlayış körpüdən sərnişin qatarının keçməsidən yarım saat əvvəl olub. Bu minvalla aksiyanın təşkilatçıları mülki əhali arasında tələfat istəmədiklərini nümayiş etdirməklə yanaşı, "istədiyimiz zaman istənilən yerdə aksiya keçirə bilərik" mesajını verməyə çalışıblar.

Üstəlik, partlayışın yerinin və vaxtının çox dəqiq seçilməsi aksiyanın peyk rabitəsi vasitəsilə koordinasiya olunduğunu göstərir.

Hazırda Rusiyanın xüsusi xidmət strukturları içi partladıcı maddə ilə dolu olan yük maşının Krım körpüsünə necə keçdiyini araşdırırlar.

İş ondadır ki, Taman yarımadasında körpüyə girişdə Rusiyanın Nəqliyyat Nazirliyinin Mühafizə İdarəsinin ST-6035 stansionar təftiş-baxış radiotexniki kompleksləri var.

Kompleks narkotik, partladıcı və kimyəvi maddələri son təmasdan hətta 60 sutka sonra aşkarlayır. Bundan başqa, kompleks vasitəsilə metalın sızlığını, onun infraqırmızı spektrini və s. müəyyənləşdirmək də olur.

Bu baxımdan yük maşınını körpüyə buraxmış növbəyə ciddi suallar var.

---------

Krım körpüsü oktyabrın 31-dək bağlanıb.

Bu barədə Yandex.Maps xidməti məlumat yayıb.

"Krım körpüsü ilə keçid oktyabrın 31-dək bağlı qalacaq", - deyə məlumatda qeyd olunub.

---------



Xəbəri paylaş

4908 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___