Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
İşə düzəlməkdə çətinlik çəkən şəxslərə xoş xəbər
Tarix: 27-08-2015 | Saat: 20:11
Bölmə:Karusel / Gündəm / M2 | çapa göndər

İşə düzəlməkdə çətinlik çəkən şəxslərə xoş xəbər
İşə düzəlməkdə çətinlik çəkən şəxslərə kvota üzrə iş yerləri təqdim olunacaq.
Dövlət Məşğulluq Xidməti işsiz və işaxtaran vətəndaşlar üçün bu həftə 2 rayonda əmək yarmarkaları təşkil edəcək.

Xəbəraz.az Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN) istinadən verdiyi məlumata görə, yarmarka sabah - avqustun 28-də Şirvan şəhərində və Kürdəmir rayonunda keçiriləcək.

İlkin məlumatlara görə, yarmarkalar zamanı Şirvan şəhərində 38 müəssisə üzrə 280, Kürdəmir rayonunda isə 55 müəssisə üzrə 200-dən çox boş (vakant) iş yeri təklif ediləcək. Bundan başqa, sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslərə kvota üzrə iş yerləri təqdim olunacaq.

Yarmarkada işəgötürənlərin nümayəndələri də iştirak edəcək. Bundan başqa tədbirlər zamanı işaxtaran vətəndaşların peşə hazırlığı kurslarına, həmçinin haqqı ödənilən ictimai işlərə cəlb edilməsi üçün onların qeydiyyatı da aparılacaq.


Xəbəri paylaş

6038 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___