Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Ən ucuz və yaxşı mənimsənilən KALSİUM mənbəyi - sağlam sümüklər, dişlər, gözəl dəri...
Tarix: 26-09-2022 | Saat: 12:01
Bölmə:Karusel / Maraqlı | çapa göndər



Yumurta qabığı orqanizm tərəfindən asanlıqla həzm edilən zəngin kalsium mənbəyidir. Maddələr mübadiləsinin ən geniş yayılmış problemlərindən biri əsasən sümükləri kövrəldən kalsium çatışmazlığıdır.

Adi toyuq yumurtası qabığında olan kalsium orqanizmdə ən müasir preparatlarda olandan daha asan mənimsənilir.


Yumurtanın tərkibində 27 faydalı element var. Bir ədəd yumurta qabığından təxminən 1 çay qaşığı toz əldə etmək mümkündür. Həmin tozun yeməyə qarışdırılıb qəbul edilməsi çox faydalıdır. Tozu az miqdarda limon şirəsi ilə qarışdırıb qəbul edəndə onun mənimsənilməsi qat-qat artır.



Yumurta qabığı dərini hamar edir və şəffaflıq bəxş edir, dırnaq və saçları möhkəmləndirir, diş əti qanamalarını azaldır, yuxusuzluğun qarşısını alır.

Yumurta qabığı əziləndən sonra yumurta ilə qarışdırılaraq üzə çəkilir, quruyandan sonra ilıq su ilə yuyulur. Bu ən yaxşı cavanlaşdırıcı maskalardan biridir.

Yumurta qabığı əzələlərin normal işləməsi üçün də çox vacibdir. Kalsium çatışmazlığı zamanı əzələlərdə qıcolmalar ola bilər. Bizim ürəyimiz də əzələdir, və kalsiumun azlığı ürəyin sağlamlığına da mənfi təsir edir. Həmçinin kalsium göz əzələsi üçün də çox vacibdir.

Sağlamlıqdan əlavə yumurta qabığı ev işimizdə də yarıyır. Çaydan ərp bağlayarkən və qazanın dibini yağ tutarkən təmizlik vasitəsi kimi də ondan istifadə etmək olar.

Yumurta qabıqları bir parça torbaya qoyulur və ağ paltarlar yuyularkən onun paltaryuyan maşına atılması ağ paltarları bəmbəyaz edir.

Hətta dibçək bitkilərinin dibinə tökdükdə onları qurumağa qoymur. Yumurta tozu gübrə kimi bitkilərin dibinə töküləndə ziyanvericiləri məhv edir.

Ancaq onu da nəzərə almaq lazımdır ki, kalsiumun çox qəbul edilməsi əzələ tutulmasına səbəb olur, təzyiqi qaldırır, ürək döyüntülərini artırır. Zülalla zəngin yumurta qabığının çoxlu faydası olduğu kimi zərərli xüsusiyyətləri də var.













Xəbəri paylaş

3968 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___