Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Metrodakı sıxlıqlar nə zaman bitəcək? - VİDEO
Tarix: 22-09-2022 | Saat: 11:05
Bölmə:Karusel / Gündəm / Aktual / Xəbəraz TV | çapa göndər



Ötən gün axşam saatlarında Bakıda metroda qatarlar qəfil dayanıb. Bəzi stansiyalarda sərnişinlər qatarlardan düşürülsə də, bəzilərində metro vaqonları tunellərdə qalıb. Sərnişinlər təxminən 20 dəqiqəyə yaxın metrodan istifadə edə bilməyib. Nəticədə stansiyalarda böyük sıxlıq yaranıb. Ümumilikdə isə yeni tədiris ili başladıqdan sonra sərnişinlər tez-tez metrodan şikayət edirlər və xüsusən səhər və axşam pik saatlarda metroda sıxlıqların olduğu və qatarların gec gəldiyi iddia olunur.

Məsələ ilə bağl açıqlama verən Bakı metropoliteninin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib ki, hadisə texniki nasazlıq səbəbindən baş verib.

"Texniki nasazlıq səbəbilə yoldəyişdirici qurğular əllə idarə olunduğundan Yaşıl və Qırmızı xətlərdə qatarların hərəkətində gecikmələr baş verib. Bu səbəbdən qatarlar arasındakı intervaldan əlavə 12 dəqiqə fərq yaranıb.

Baş vermiş hadisə, səbəblər və bundan irəli gələn və geri qalan digər məsələlərin hər biri geniş, detallı və dərindən araşdırılır. Texniki nasazlıqla bağlı araşdırmalar adətən bir gün, gün yarım çəkir, bəzən bir həftəyə qədər uzanır, konkret səbəb müəyyən edilir", - B.Məmmədov deyib.

O qeyd edib ki, hadisənin səbəbləri ilə bağlı araşdırmalardan sonra ictimaiyyətə geniş və detallı açıqlama veriləcək.

Nəqliyyat üzrə ekspert Rauf Ağamirzəyev isə Trend-ə açıqlamasında bildirib ki, metroda baş verən hadisə hər hansısa bir texnikada yaranmış nasazlıqdan ola bilər və bu qaçılmazdır:

"Bu təbii prosesdir və dünyanın hər yerində olur. Metroda sıxlığın yaranma səbəbi isə sərnişin çoxluğu ilə bağlıdır. Sərnişin çoxdur, şəbəkəmiz isə azdır. Metro şəbəkəsinin genişlənməsi ilə bağlı konseptual plan var. 2011-ci ildə bu planın ilk təqdimatı olub. 2014-cü ildə bu plan yenidən təqdim edildi. Amma onun realizəsi çox zəif gedir. Azərbaycanda bir metro stansiyası 8-10 ilə inşa edilir, Bunun da müxtrəlif səbəbləri var. Bunun bir səbəbi Bakının relyefinin mürəkkəb olmasıdır, ərazisi, qurunt sularının olması, işlərin daha baha başa gəlməsi səbəbləri də var. Amma bütün plan icra olunmasa da, çox vacib olan işlər görülməlidir ki, metro sağlam işləsin. Hazırda metroda 3 xəttimiz var-Yaşıl, Qırmızı və Bənövşəyi xətlər. Bu xətlər biri-birindən ayrı işləməli və hər birinin ayrıca deposu olmalıdır. Hazırda bizim bir depomuz var, Nərimanov Elektrik Deposu. Qırmızı və Yaşıl xətlərin deposu oradır. Xocahəsən deposu hələ indi tikildiyindən ora hələ ki qatarlar getmir. Dərnəgül deposu isə hələ inşa edilməyib.

Digər bir problem Qırmızı və Yaşıl xətlərin "28 may" stansiyasında birləşməsidir. Bu xətlər ayrı olmalıdır. Bu dünyanın bütün ölkələrində belədir. Əgər "28 may" stansiyasında xətlər ayrılarsa, bu cür sıxlıqlar olmaz. 2014-cü ildə həmin xətlərin ayrılması ilə bağlı layihə var idi. Amma nədənsə icra olunmadı. Bu layihə həyata keçirilməlidi".


Ekspert deyir ki, metroda sıxlıq yaranmanın bir səbəbi də Bakı və bakıətrafı ərazilərin hamısının metroya gəlməsidir.

"Biz çeşidli ictimai nəqliyyat şəbəkəsini yaradıb və inkişaf etdirməliyik. Bakıətrafı kəndlərdən mərkəzə axın edən əhalinin alternativ digər ictimai nəqliyyatı olmalıdır. Bu gün elektrik qatarları var. Onların sayını artırmalı və vətəndaşların metroya rahat gəlişini təmin etməliyik. Xırdalan, Sumqayıt, Xocahəsən və digər ərazilər bakıya metroya axışır. Nəticədə də bu cür sıxlıqların yaranması normaldır. Bunun qarşısın almaq üçün ciddi alternativklər düşünülməlidir. Pandemiya dövründə metro 270 gün bağlı qaldı. Həmin günlərdə alternatibvlər haqqında fikirləşmək, hansısa iş görmək olardı. Amma eləmədilər.

Daha bir səbəb. 2004-cü ildə heç bir səbəb olmadan Bakıda tramvay və trolleybus şəbəkələrini ləğv etdik. Bu da metronun və digər ictimai nəqliyyatın yükünü artırdı. Bu gün ictimai nəqliyyat üçün xüsusi marşrut zolaqları yaradılmalı və həmin zolağa marşrut avtobuslarından başqa heç bir nəqliyyat vasitəsi buraxılmamalıdır",-dey ekspert bildirib.






Xəbəri paylaş

6448 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___