Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
MİDA-nın yeni mənzillərinin satışı dayandırıldı - SƏBƏB
Tarix: 15-09-2022 | Saat: 11:39
Bölmə:Karusel / İqtisadiyyat / Gündəm | çapa göndər



Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) tərəfindən Yasamal rayon İkinci Yaşayış Kompleksi üzrə mənzillərin satışında ASAN login üzərində yüklülük nəticəsində texniki problem yaranıb.

Bunu Mənzil İnşaatı Dövlət Agentliyinin Aparat rəhbəri Fərman Qurbanlı keçirilən mətbuat konfransında bildirib.

O qeyd edib ki, mənzil seçimi ilə bağlı vətəndaşlara əlavə məlumat veriləcək.

***11:08

Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) Yasamal Yaşayış Kompleksinin ikinci mərhələsi üzrə 18 binada 815 güzəştli mənzili satışa çıxarıb.
Bunu MİDA-nın Aparat rəhbəri Fərman Qurbanlı bu gün keçirilən mətbuat konfransında deyib. Onun sözlərinə görə, satış hüquq-mühafizə orqanları tərəfindən tam nəzarətə götürülüb. Mənzillərin satışı 15 sentyabr 2022-ci il tarixində saat 11:00-da başlayıb və 22 sentyabr 2022-ci il saat 11:00-a qədər davam edəcək.

Qeyd edək ki, bu gün Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi yolu "6” ünvanında yerləşən Yasamal Yaşayış Kompleksinin ikinci mərhələsinin 4 saylı binası üzrə 64, 5 saylı binası üzrə 53, 6 saylı binası üzrə 44, 9 saylı binası üzrə 44, 10 saylı binası üzrə 64, 11 saylı binası üzrə 54, 12 saylı binası üzrə 44, 14 saylı binası üzrə 21, 17 saylı binası üzrə 44, 18 saylı binası üzrə 44, 19 saylı binası üzrə 41, 20 saylı binası üzrə 8, 21 saylı binası üzrə 44, 22 saylı binası üzrə 39, 23 saylı binası üzrə 39, 24 saylı binası üzrə 24, 25 saylı binası üzrə 72 və 26 saylı binası üzrə 72 mənzil satışa çıxarılıb.



5798 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___