Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
"Gəlib boğazımızdan yapışırlar ki, niyə forma yoxdur" - BTE-dən REPORTAJ
Tarix: 06-09-2022 | Saat: 12:17
Bölmə:Karusel / Gündəm / Təhsil | çapa göndər



Ölkədə tədris ilinin başlanmasına sayılı günlər qalıb. Valideynlər də övladlarını məktəbə yola salmaq üçün artıq hazırlıq görürlər. Məktəb hazırlığı da ilk olaraq məktəbli formalarının alınmasından başlayır. Bildiyimiz kimi bu il də yeni məktəbli formaları satışa çıxarılıb.

Yeni məktəbli formaları haqqında ətraflı məlumat öyrənmək üçün Modern.az-ın əməkdaşı "Bakı Tikiş Evi"nə üz tutub.

"Bakı Tikiş Evi" ASC-nin satış üzrə müdiri Etibar Əzimov deyir ki, BTE məktəbli formaları üçün məsul yer deyil:

"Biz bütün formaları tikmək öhdəliyini götürməmişik" 

"Biz Daxili İşlər Nazirliyi və Müdafiə Nazirliyinin formalarını tikirik, əsas işimiz budur. Yeni məktəbli formalarını müəyyənləşdirərkən, birdən-birə 4 rəngdə geyimlərin tikilməsinə qərar verildi. Hər məktəb də bir rəng istəsə, bunu bir müssisə başa çatdıra bilməz. Nə nazirlik, nə də məktəblər dedi ki, biz filan rəng istəyirik. Məktəblər getdi tətilə, bir adam gəlib maraqlanmadı ki, nə olacaq, necə olacaq. Biz də gördük ki, gözləməkdən nəticə çıxmır, amma bu rənglərin ikisini tikib hazırlaya bilərik. Heç bir göstəriş olmadan boz və göy formaları tikdik. Amma bu gün gəlib "boğazımıza yapışırlar", deyirlər ki, filan ölçü niyə yoxdur. Məktəbli formaları üçün məsul idarə biz deyilik. Deməmişik ki, bütün məktəbli formalarını həmişə istehsal edəcəyik. Mağazamıza gələn müəllimlərdən, valideynlərdən öyrəndik ki, göy və boza daha çox üstünlük verirlər ona görə də formaları o rəngdə istehsal etdik. Dörd rəngdə də formaları istehsal etməyə başlasaq, əsas işimiz qıraqda qalacaqdı".

Şöbə müdirinin sözlərinə görə 3 düymə pololar yüz faiz pampıqdan olmalıdır:

"Şalvar və ətəklər 60% yun, 40% polestr olmalıdır. Bu materiallar təbii və qıtdır. Biz sifariş edirik, 45 gün ərzində o materiallar toplanılır. Sonra isə 15 gün ərzində bu materiallar rənglənir. İki və iki ay yarım əvvəldən bu parçalar sifariş olunmalıdır, ödəniş də əvvəlcədən ödənilməlidir. Şalvar və ətəklərin materialları həm Belarusiyadan, həm də Tükiyədən gətirilir. Özbəkistandan isə poloların materialları gətirilir. Bizim ölkəyə gətirilən parçaların hər biri o ölkələrdə də istifadə olunur. Bu gün 20 mindən çox məktəbli formasını tikib satışa vermişik, davamlı olaraq da bu işə davam edirik. Hesabımızla gün ərzində forma almaq üçün bura 200 nəfər gəlməli idi, ancaq 500 nəfər gəlir. Bunun səbəbi odur ki, direktorlar yuxarı sinif şagirdlərini qovurlar ki, gedin məktəbli fomrası alın. Nə qədər forma istehsal ediriksə, o qədərini də bazara çıxara bilirik. Bu il isə qışdan parçaları alıb, formaları tikib anbara yığacağıq. Yeni dərs sezonunda isə satışa çıxaracağıq. Gələn il göy və boz rəngdə bütün ölçülərdə formalar satışda olacaq. Əsas işimizə görə dörd rəngdə forma tikə bilməyəcəyik".

E.Əzimov vurğuladı ki, bütün qollu və qolsuz pololar ölçü fərqi olmadan 14 manata satılır:

"Ölçülərə görə qiymət fərqi olsaydı, narazılıqlar olacaqdı. Bütün ətək və şalvarlar isə tək qiymətə 25 manata satılır. Ölçülər isə 26-44 arasındadır. Qış üçün isə toxunma jaket olacaq, o da 15-20 günə satışa çıxarılacaq. Jaketlərin qiyməti isə 27 manat olacaq. Formalar burada və "Bravo" marketlər şəbəkəsində satışa çıxarılır".

Məktəbli forması alan valideynlərin də fikirlərini öyrənməyə çalışdıq.

Valideynlərdən biri Günay Zamanova aldığı məktəbli şalvarına 25 manat versə də, keyfiyyətin aşağı olduğunu deyir:

"Kasıb-kusubu göz qabağına gətirən yoxdur. Demirlər ki, bu qiymətə satırıq, heç olmasa keyfiyyəti yaxşı olsun, iki il geyinilsin. Keçən il uşağıma forma almışdım, amma məktəb deyir ki, təzəsi alınsın. Məcbur qalıb alırıq başqa çarəmiz yoxdur. Bu cür qiymət oxuyanların ürəyinə Allah xof salsın".

Övladları üçün forma almağa gələn Nigar Mürsəlova bildirir ki, keyfiyyət yaxşı olan zaman qiymət də baha olur:

"Bir ailədə məktəbə üç uşaq yola salınırsa, hər şey çətin olur. Valideyn kimi borcluyuq ki, hər şeyin ən yaxşısını övladlarımız üçün edək. Hamı kimi mən də istərdim ki, dövlət tərəfindən çoxuşaqlı ailələrə hər hansı bir yardım göstərilsin. Bir məsələ də var ki, indi elə dövrdə yaşayırıq ki, tək uşaqlı ailəyə də kömək lazımdır. Məktəbli formalarının qiyməti və keyfiyyətindən hələlik razıyam".

Qızı üçün uzaq yoldan məktəbli forması almağa gələn Rauf Əliyev jaketlərin satışa çıxarılmamasından narazıdır:

"Geyimlərlə bağlı heç bir şikayətimiz yoxdur. Bir az uzaq yoldan gəldiyimiz üçün hamısını alıb getmək istəyirdik, amma jaketlər hələ satışda yoxdur. Hər şeyin qiyməti bahlaşdığına görə formaların da qiymətinin bahalaşmasını normal hesab edirəm".


Məqaləyə dair fotomateriallar:






3238 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___