Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
FHN əməkdaşları qanunsuz neft çıxaranları yaxaladı - VİDEO - FOTO
Tarix: 01-09-2022 | Saat: 11:58
Bölmə:Karusel / Hadisə / Xəbəraz TV / Foto-fakt | çapa göndər



Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyyətlərinə uyğun olaraq ölkədə yanğın təhlükəsizliyinin təmin edilməsi istiqamətində müvafiq tədbirlərin görülməsini davam etdirir.

Bu çərçivədə Tərtər rayonunun Seyidimli kəni ərazisində uzun müddət konservə edilmiş neft quyularından kustar üsulla nefti əldə edərək kanisterlərə yığılması və satışı məqsədilə minik avtomobilinin yük hissəsində daşınmasını həyata keçirən şəxslər müəyyən edilib.

Qanunsuz fəaliyyətlə məşğul olan şəxslər 20 quyudan yanğın təhlükəsizliyinin tələblərinə zidd olaraq neftin əldə edilməsi, yaşayış yerinin həyətyanı sahəsində yığılması və daşınması, yanğın təhlükəsi yaratmaqla baş verə biləcək yanğının qısa zamanda geniş əraziyə yayılması, eləcə də təbiətə, insan həyatı və sağlamlığına təhlükə riskinə səbəb olur.

Azərbaycanda yanğın təhlükəsizliyinin tələblərinə zidd olaraq qanunsuz xam neftin yığılmasını, daşınmasını və saxlanmasını təmin etmiş Hüseynov Nazim Şirin oğlu və Hümbətəliyev Eyvaz Cəbrayıl oğlu barəsində FHN-nin Yanğın Nəzarəti Xidmətində fakt rəsmiləşdirilib və qanunvericilikdə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlərin görülməsi üçün aidiyyatı müraciət edilib.


Məqaləyə dair fotomateriallar:




Xəbəri paylaş

6338 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___