Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Azərbaycanda bir universitetin dörd dekanı işdən çıxarıldı
Tarix: 26-08-2015 | Saat: 21:19
Bölmə:Karusel / Təhsil / M2 | çapa göndər

Azərbaycanda bir universitetin dörd dekanı işdən çıxarıldı


Azərbaycan Texnologiya Universitetində kadr dəyişikliyi olub.


Xəbəraz.az report-a istinadən xəbər verir ki, ali təhsil müəssisənin mövcud 4 fakültəsinin hər birinin dekanı -Standartlaşdırma və texnoloji maşınlar fakültəsinin dekanı dos. Namiq Əsgərov, Qida məhsullarının texnologiyası və turizm fakültəsinin dekanı dos. Arzu Həsənov, İqtisadiyyat və idarəetmə fakültəsinin dekanı dos. Xalidə Ağayeva və İstehlak mallarının texnologiyası və ekspertiza fakültəsinin dekanı dos. Namiq Davudov avqustun 4-dən öz ərizələri ilə tutduqları vəzifədən azad olunublar.

Növbəti dekan seçkiləri keçirilənədək onların vəzifəsinin icrası dekan müavinlərinə həvalə olunub.

Hazırda dekan vəzifələrinin icrası müvafiq olaraq Standartlaşdırma və texnoloji maşınlar fakültəsində Qəhrəman Namazova, Qida məhsullarının texnologiyası və turizm fakültəsində Hafiz Əsgərova, İqtisadiyyat və idarəetmə fakültəsində İsa Əhmədova, İstehlak mallarının texnologiyası və ekspertiza fakültəsində isə Babək Fərzəliyevə həvalə edilib.


Xəbəri paylaş

5828 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___