Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Bəy toyun səhəri günü həyatının şokunu yaşadı - Evləndiyi qız...
Tarix: 26-08-2022 | Saat: 11:40
Bölmə:Karusel / Dünya / Hadisə | çapa göndər


Hindistanın Haryana ştatında Nişa adlı gəlin toyun ertəsi günü qohumlarının bağışladığı pul və zinət əşyalarını özü ilə götürərək qaçıb.

Bəyin dediyinə görə, o, tibb kurslarında birgə oxuduğu qadınla Kota şəhərində tanış olub.

Gənc iş tapanda ona evlilik təklifi edəcəyinə söz versə də, xanım tezliklə evlənməyi tələb edib.

Nikah mərasimi zamanı bəyin ailəsi Nişaya qızıl-zinət əşyaları və bir neçə yüz min rupi hədiyyə edib. Toydan sonra gəlin ərinin evinə gələrək orada gecələyib. Ertəsi gün səhər isə o, qızıl-zinət əşyalarını və pulları oğurlayaraq qaçıb.

İstintaq zamanı məlum olub ki, qadın zərərçəkmiş şəxslə ailə qurarkən artıq Qautam adlı gənclə evli olub. Aldadılmış bəy gəlinlə telefon əlaqəsi saxlayıb. Nişa bildirib ki, ikinci əri heç yerdə işləmədiyi üçün onu tərk edib.

Zərərçəkmiş boşanmaq istəyəndə isə qadın 500 min rupi təzminat tələb edib. Bundan əlavə, o, tələbin yerinə yetirilmədiyi təqdirdə cehiz puluyla bağlı saxta iddia qaldıracağı ilə hədələyib.


Xəbəri paylaş

6298 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___