Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Deputatın “EMBAWOOD” şirkəti vətəndaşları necə aldadır? - İDDİA
Tarix: 20-08-2022 | Saat: 12:36
Bölmə:Karusel / M / Gündəm / Xəbəraz TV / Araşdırma | çapa göndər



 70 saylı Masallı şəhər seçki dairəsindən Milli Məclisə deputat seçilmiş Məşhur Məmmədovun məşhur “Embawood” şirkəti ilə bağlı şikayətlər çoxalmaqdadır. Şirkətin istehsal etdiyi mebellərin keyfiyyətsiz olması ilə bağlı redaksiyamıza üz tutan vətəndaşlar aldıqları mebelləri geri qaytarmaqda çətinlik çəkirlər. Məşhur Məmmədova müraciətlər isə nəticəsiz qalıb. Məsələ ilə bağlı araşdırma aparan Reallıq.tv əməkdaşları Embawood şirkətinin Masallı və Xırdalanda yerləşən mərkəzlərində olublar.

Aparılan araşdırmalar zamanı məlum olub ki, şirkətin kağız üzərində rəhbəri Elşad Abbasovdur.

Şirkət 1996-cı ildə Masallıda mebel istehsalını qurub, 2000-ci ildə -Xırdalanda ikinci fabriki açıb, 2005-ci ildə regionlarda böyük anbarlarını yaradıb.
2014- ci ildə Qazaxıstan mebel fabriki açıb.

Bu gün Embawood şirkrəti Gürcüstan, Qazaxıstan, Ukrayna kimi ölkələr də daxil olmaqla 6 fabrik, tərkibində 200-dən çox mağazası olan qlobal pərakəndə satış şəbəkəsi yaradıb..

Azərbaycanda toplam sahəsi 85 000 kv. metrdən çox olan 141 mağazası fəaliyyət göstərir.

Bu şirkətin ərsəyə gəlməsində sabiq nazir Fərhad Əliyevin də xeyir-duası olub. Ancaq şirkətin əsl “patron”u deputat Məşhur Məmmədovdur.
Reallıq.tv – yə daxil olan məlumatda qeyd olunur ki, hazırda keyfiyyətsiz məhsulları ilə gündəm olan şirkətin mebelləri xarici ölkələrdən gətirilən mebellərlə yaxın qiymətlə bazara buraxılır.

Deputat Məşhur Məmmədovun şirkətindən narazı qalan işçilər də az deyil. Şirkətdə işlədiyi zaman xəsarət alan vətəndaşın mediada müraciətinin nəticəsiz qalması işçilərin hüquqlarının pozulmasını təsdiq edən faktdır.

Masallıdan deputat seçilən Məşhur Məmmədovun özüünə yaxın seçicilərlə arabir görüşməsi və bu görüşlərin sosial mediada işıqlandırılması sadəcə reklam xarakterlidir. Seçicilərinin problemlərinin həllində heç bir rolu olmayan Məşhur Məmmədovun özü üçün yaratdığı mediada yalan məlumatlar yayması diqqətdən kənarda qalmayıb.

Deputatın şirkəti ilə bağlı şikayətlərə münasibət öyrənmək üçün Embawoodla əlaqə saxlamağa çalışdıq. Şirkətdə zəngimizə cavab verən xanım suallarımızı deputata ünvanlamağı məsləhət bildi. Deputat isə telefon zənglərimizə cavab vermədi.

Məsələ ilə bağlı araşdırmalarımız davam edir.

Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq. //Reallıq.TV//



Xəbəri paylaş

4528 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___