Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
"Kürəkənim qızımı fahişəliyə məcbur edirdi" - Türkiyədə dəhşətli QƏTL
Tarix: 20-08-2022 | Saat: 12:27
Bölmə:Karusel / Hadisə / Dünya | çapa göndər



Türkiyənin Şahinbəy rayonunun Sırasöğüt kəndində bədbəxt ailə faciəsi baş verib. 
Haberler.com xəbər verir ki, 4 uşaq anası Gönül Ağbaşa qarşı zorakılıq tətbiq edən Halil Ağbaş həyat yoldaşını fahişəliyə məcbur edib.
Belə ki, böyük qardaşı Beyhan Dəmirə zəng edən Gönül Ağbaş ondan onu ata evinə aparmasını istəyib. Bacısının kömək çağırışı ilə Qaziantepə gələn Beyhan Demir bacısını da götürərək Sırasöğüt Məhəlləsindəki ata evinə doğru yola düşüb.
Gönül Ağbaş və qardaşı Dəmirin də olduğu 27 AHY 989 nömrəli avtomobili ilə qarşı tərəfdən gələn Halil Ağbaşın idarə etdiyi 27 AHG 622 nömrəli motosiklet toqquşub. Toqquşmanın təsirindən motosikletdən yıxılan Halil Ağbaş yüngül xəsarət alıb. Qəzadan sonra qayınata İsmayıl Dəmir isə maşını ilə hadisə yerinə gəlib. Kürəkəni ilə mübahisə edən Dəmir özü ilə gətirdiyi ov tüfəngi ilə Halil Ağbaşa atəş açıb. Halil Ağbaş hadisə yerində həyatını itirib, jandarma qrupları Ağbaşın həyat yoldaşı Gönül Ağbaş, qayınatası İsmayıl Dəmir və oğlu Beyhan Dəmiri saxlayıb.
 İsmayıl Dəmir və oğlu Beyhan Dəmirin jandarmaya ifadələr verib.
Ata kürəkəninin qızını bir həftə fahişəliyə məcbur etdiyini iddia edib. Bununla yanaşı o, ifadəsində Halil Ağbaşın onu hədələyərək 5 min lirə tələb etdiyini bildirib. Pulu verməkdən imtina edəndə kürəkəninin ona “O zaman qızını fahişəlik edib ayda 20 min lirə qazandıracağam” deyib. Bundan sonra onlar arasında yaranan mübahisə ölümlə nəticələnib.  
Türkiyə Baş prokurorluğu baş verənlərlə bağlı cinayət işi açıb.




Xəbəri paylaş

4928 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___