Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Həkimdən HƏYƏCAN TƏBİLİ: Azərbaycanda uşaqlar arasında virus yayılıb, ən çox bu yerlərdən keçir - VİDEO
Tarix: 20-08-2022 | Saat: 11:16
Bölmə:Karusel / Səhiyyə / M2 / Gündəm / Xəbəraz TV | çapa göndər


"İyul-avqust aylarında uşaqlar və böyüklər arasında qusma, ishal və hərarətlə müşahidə olunan viruslar yayılır.

Əslində bu, yeni virus deyil, koronavirusla da əlaqəsi yoxdur. Bunlar yanvar və avqust aylarında yayılan Rota viruslardır. Uşaqlarda daha çox görülür. Ürəkbulanma şəklində başlayır, qusma şəklində davam edir, ardınca da ishala çevrilir. Bəzi uşaqlarda ishal olmaya bilər, bəzilərində qarında ağrılar olur, bəzilərində qarında limfa düyünləri böyüyür, bəzilərində isə iştahsızlıq müşahidə olunur".


Bunu  "ARB24"ün efirində yayımlanan "Gündəm" verilişində həkim Qoşqar İsmayılov deyib.



Həkim qeyd edib ki, bu tip viruslar kontakt yolu ilə,  əsasən də, uşaqlar bir-birinin oyuncaqları ilə oynayarkən, əşyalarından istifadə edərkən yayılır. Rota viruslar daha çox hovuz və dəniz vasitəsilə keçir.

Həkim valideynlərə müraciət edərək bildirib ki, əgər uşaqda halsızlıq, iştahsızlıq, gün ərzində 5-6 dəfə qusma halı müşahidə olunursa, ishal başlayıb, hərarət yüksəlibsə mütləq ailə həkiminə müraciət etsinlər.







Xəbəri paylaş

5658 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___