Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Xərçəngin qarşısını alır, immuniteti gücləndirir... - Hər gün bir stəkan için
Tarix: 22-07-2022 | Saat: 13:24
Bölmə:Karusel / Maraqlı | çapa göndər


Cücərmiş buğda suyunun faydaları saymaqla bitmir.

Xlorofil, amin turşusu, mineral və vitaminlər baxımından olduqca zəngin olan səməni suyunun çoxsaylı faydaları ilə sizi də tanış edirik.


Təbii enerji verir

Səməni suyu təbii enerji istehsal edən sağlam bir şirədir. İçindəki bütün qidalandırıcı  maddələrin bədənə işləməsini təmin edir. Eyni zamanda, zülalları əmələ gətirən amin turşuları üçün yaxşı bir qaynaqdır. Yumurta və ət kimi yeməkləri yeyərkən bədən onları zülala çevirməzdən əvvəl amin turşularıyla bölmək üçün enerji xərcləyir. Səməni suyu amin turşusu ilə zəngin olduğundan onu bölməyə ehtiyac olmur, nəticədə enerji də xərclənmir.

2-4 yemək qaşığı cücərmiş buğda suyu ilə sevdiyiniz bir meyvə və ya tərəvəz suyunu qarışdırın. Daha enerjili olmaq üçün hər gün içə bilərsiniz.

İmmun sistemini gücləndirir

Sağlam bir immunitet sistemi çox əhəmiyyətlidir. Bir çox mikrob və infeksiyadan bədəni qoruyur. Səməni suyu ilə immunitet sisteminizi qüvvətləndirə bilərsiniz. Cücərmiş buğda suyu amin turşusu ehtiva etdiyi qədər, bədəni zərərli patogen mikrob və kanserogen maddələrdən qoruyan bir çox fermentə malikdir.

Eyni zamanda, bu su bədənin hüceyrələrini gücləndirir, qaraciyəri toksinlərdən təmizləyir. Beləliklə də, immuniteti zəiflədən və sizi xəstələndirən səbəblərin qarşısını alır. Digər tərəfdən, bədəndəki qırmızı qan hüceyrələrini artırır, daha güclü bir immunitetə sahib olmağınızı təmin edir. Tərkibindəki A və C vitamini sayəsində soyuqdəymədən qoruyur, ciddi xəstəliklərin qarşısını alır.

Toksinlərdən təmizləyir

Cücərmiş buğda suyu qələvi və qidalandırıcı maddə baxımından zəngindir. Buna görə detoks pəhrizlərində də məsləhətdir. Toksinlərin xaric edilməsi üçün əhəmiyyətli olan çəməni suyu qanı yeniləməyə kömək edir. Eyni zamanda qaraciyəri qoruyur. Qidalandırıcı maddələr və fermentlərlə toksinləri təsirsiz hala gətirib bədənin yaxşı həzmini təmin edir.

Piylənməni müalicə edir

Piylənmə diabet və ürək kimi bir çox sağlamlıq probleminə səbəb olan ciddi narahatlıqdır. Artıq çəkidən xilas olub sağlam çəkiyə çatmaq üçün səməni suyu pəhrizi saxlaya bilərsiniz. Tiroid vəzilərin fəaliyyəti sağlamlıq üçün çox əhəmiyyətlidir. Səməni suyunda olan selenium tiroid vəzilərini nizama salır və sağlam olmayan tiroidləri təsirsiz hala gətirir. Sağlam olmayan tiroid bədəndəki hormonal tarazlığı poza bilər və piylənməyə gətirib çıxarar.

Tərkibində kalium da var

Cücərmiş buğda suyu iştahın qarşısını alır. Eyni zamanda, kalori yandırmağı təmin edən maddələr mübadiləsini sürətləndirir. Səhərlər ac qarına səməni suyu içmək, gün ərzində həddindən artıq yeməyə mane ola bilər.

Qan şəkərini azaldır

Cücərmiş buğda suyu içmək qan şəkəri səviyyəsini tənzimləməyə kömək ola bilər. Qlükoza və yağ səviyyələrini inkişaf etdirir. Bu da diabetin idarə olunması üçün təsirli vasitə kimi istifadə edilə bilər. İnsulin istehsalını artırır. Eyni zamanda qaraciyər və yoğun bağırsaqdakı toksinləri çıxarır, zərərli toksinləri təmizləyir. Cücərmiş buğda suyu diabet və ya qan şəkəri ilə əlaqədar problemi olanlar üçün bir müalicə vasitəsidir.

Ürək sağlamlığını qoruyur

Səməni suyu ürəyə olduqca faydalıdır. Tərkibindəki xlorofil sayəsində damar sərtliyi və yüksək təzyiqin müalicəsində də əhəmiyyətli rol oynayır. Qan damarlarının divarlarını təmizləyir. Qan yollarını genişləndirir və saflaşdırır, bu da qan təzyiqini azaldır.

Xərçəngin qarşısını alır

Səməni suyu bir çox fərqli xərçəng növü ilə mübarizə aparır. Olduqca faydalı olan bu su  xəstəliyi həm müalicə etmək, həm də qarşısını almaq üçün istifadə edilə bilər. Cücərmiş buğda suyundakı qələvi bədən üçün çox faydalıdır. Digər tərəfdən xlorofil də qandakı toksinləri, kimyəvi və kanserogen maddələri təmizləyir. Səməni suyu qallik turşuya da malikdir. Bu, siçanlarda prostat şişin inkişafının qarşısını alıb. Bu isə o deməkdir ki, xərçəng hüceyrələrinin inkişafını məhdudlaşdırır.

Qan dövranını nizamlayır

Cücərmiş buğda suyu qandakı oksigeni artırmaq qabiliyyətinə malikdir. Bu da qan dövranını tənzimləyir. Dəmirlə zəngin olan bu su daha çox qırmızı qan hüceyrələri istehsal edir. Bu isə daha çox qan hüceyrəsi, daha çox oksigen və qidalandırıcı maddə deməkdir.

Ağız və diş sağlamlığını təmin edir

Səməni suyu ağız qoxusunun qarşısını alır. Dəmir, kalsium, maqnezium, A və E vitaminlərilə zəngin olan səməni suyu sağlam və güclü dişlər üçün əhəmiyyətlidir. Səməni suyu ilə bir az suyu qarışdırın. Ağızda 1 dəqiqə çalxalayıb sonra tüpürün. Yaxşı bir ağız sağlamlığı üçün gündəlik olaraq ağız çalxalama üçün istifadə edin. Cücərmiş buğdanı da dişlərinizlə əzə bilərsiniz. Bu, dişinizi qüvvətləndirəcək.

Bədəndəki pis qoxunun qarşısını alır

Səməni suyu qandakı turşu və toksinləri nizamlayaraq həddindən artıq tərləmənin qarşısını alır. Eyni zamanda bədən istiliyini tənzimləyir. Ac qarına bir stəkan içərək bədəninizdən gözəl qoxu gəlməsini təmin edə bilərsiniz.



Saglam



Xəbəri paylaş

8358 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___