Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Məktəblər açılmayacaq? - Deputat AÇIQLADI
Tarix: 22-07-2022 | Saat: 13:23
Bölmə:Karusel / Gündəm / Təhsil | çapa göndər


Ümumdünya Səhiyyə Təşkilatı payız və qış mövsümündə COVID-19-la bağlı vəziyyətin ağır ola biləcəyini deyib.

ÜST-nin Avropa üzrə direktoru Hans Kluqe bildirib ki, yeni növ koronavirus potensial öldürücü xəstəlik olaraq qalır. Son 6 həftədə 53 ölkədə yoluxma üçqat artıb. Xəstəxana şəraitində müalicə olunanların sayında ikiqat artım müşahidə olunur.


Avropada hər həftə 3000 koronavirus xəstəsi ölür. Kluqe bildirib ki, payızda məktəblərin açılması və insanların qapalı məkanlara daha çox toplaşması yoluxma riskini artıracaq:

“Digər tərəfdən, insanların xəstəliyə qarşı diqqətinin azalması Avropada payız və qışın ağır keçəcəyini deməyə əsas verir. Tədbir görmək üçün payızı gözləmək gec ola bilər”.

Qeyd edək ki, Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxma sayı yenidən artmaqdadır və dünən 277 yoluxma faktı qeydə alınıb.

Xatırladaq ki, COVID-19-a yoluxmanın daha aktiv olduğu dövrdə ölkəmizdə də təhsil müəssisləri qapanmışdı və distant təhsil prosesi tətbiq edilmişdi.

ÜST-nin yoluxma riski ilə bağlı xəbərdarlığını nəzərə alaraq ölkəmizdə yenidən distant təhsil tətbiqi mümkündürümü?

Millət vəkili Fazil Mustafa bildirdi ki, yoluxma riski ilə bağlı məktəblər açılmasa, təhsilimiz geri düşəcək:

“Ümumdünya Səhiyyə Təşkilatının bunu hansı mülahizələrlə etdiyini demək çətindir. Ancaq düşünürəm ki, burada süni amillər də var.

Çünki pandemiyanın növünün ortada olduğu barədə inandırıcı məlumatlar verilməlidir. Hələ ki, belə bir məlumat yoxdur. Ancaq bütün hallarda təhlükə olarsa, buna getmək olar. Hələ belə bir təhlükə yoxdur və belə bir fikirin ortaya atılması da təhlükəlidir. Çünki təhsilin geriləməsi bizim cəmiyyətdə fəlakətli bir vəziyyət yaradacaq. Bizdə qaydalara əməl etmək prinsipləri də çox çətindir.

Bir məktəbdə əgər normadan üç dəfə artıq şagird təhsil alırsa, bu şəraitdə qorunmaq da böyük problemdir. Evdə təhsil imkan verməyəcək ki, məktəbdəki səviyyədə  təhsil alsınlar. Bu olduca narahatedicidir. Onsuzda məktəbdə də təhsil o qədər güclü deyil. Ancaq ən azından kollektiv təhsil olması uşaqlarda təhsillə bağlılığı təmin edə bilir. Fərdi qaydada olanda bu daha da çətinləşir”.

Təhsil üzrə ekspert Elşən Qafarov deyir ki, Ümumdünya Səhiyyə Təşkilatı bununla bağlı öz proqnozlarını verir və hər bir dövlət, o cümlədən Azərbaycan öz qərarlarını qəbul etməkdə müstəqildir:

“Düşünmürəm ki, qapanma olacaq və tədris dayanacaq. Təhsil elə bir sahədir ki, burada insanlar daha çox bir yerə toplaşır. Bu barədə, Nazirlər Kabinetinin sanitar-epidemioloji vəziyyətin gözlənilməsi ilə bağlı qərarı var.  Həmin qərarın tələblərini nəzərə almaqla tədris prosesi davam etdirilməlidir. Heç bir halda tədris prosesini dayandırmaq olmaz. Biz bir dəfə buna getdik və acı nəticələrini gördük.

Hələ də bu nəticələr tam olaraq aradan qaldırılmayıb. Düşünmürəm ki, hökumət təhsil müəssisələrinin qapanmasına gedəcək. ÜST beynəlxalq təşkilatdır, öz proqnozlarını verir, dövlətlər onun dediyni göstəriş kimi qəbul edə bilməz”.

Ekspert evdə təhsillə məktəbdə təhsilin heç bir fərqinin olmaması fikri ilə razılaşmadığı deyir:

“Bunu deyənlər heç bir məlumatı olmayan insanlardır. Əyani təhsilin yerini heç nə verə bilməz. Bunu birmənalı şəkildə qəbul etməliyik. İndiki halda əyani təhsil əvəzolunmazdır”./Cebhe.info







6568 dəfə oxunub.

Digər xəbərlər
18-08-2022
bütün xəbərlər
____ Instagram ___