Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Azərbaycanda dağıdıcı zəlzələ OLACAQ? - Qurban Yetirmişlinin PROQNOZU
Tarix: 11-07-2022 | Saat: 12:18
Bölmə:Karusel / Gündəm / M2 | çapa göndər



Son vaxtlar Azərbaycana qonşu olan ölkələrdə yeraltı təkanlar hiss olunur.   

Ötən gün Türkiyənin Van vilayətinin Tuşba rayonunda 4.1, bu gün Gürcüstan-Ermənistan sərhədinin Sameba kəndində 4.8 bal gücündə iki zəlzələ baş verib.  

Bundan əvvəl isə İranın cənubunda yerləşən Hörmüzqan vilayətində davamlı zəlzələlər nəticəsində Sayexoş kəndi tamamilə dağılıb.

Qonşu ölkələri bürüyən afterşoklar Azərbaycanda da zəlzələ təhlükəsi ehtimalını artırıb. Hətta bir neçə aktiv ekstrasenslər ölkəmizdə də dağıdıcı zəlzələ proqnozları verməyə başlayıblar.

Xeberaz.Az bildirir ki, məsələ ilə bağlı Bizim.Media-ya danışan Milli Elmlər Akademiyasının nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli yaxın günlərdə güclü və ya dağıdıcı zəlzələ təhlükəsinin gözlənilmədiyini bildirib:

"Azərbaycanın özündə də yeraltı təkanlar çox olur. Hər gün 30-40 xırda və hiss olunmayan yeraltı təkanlar müşahidə edilir. Yerdaxili proseslər var və olmalıdır. Dünya üzrə götürəndə böyük plitələrin hərəkəti mövcuddur.

Qonşu ölkələrdə baş verən zəlzələlərin Azərbaycana heç bir təsiri yoxdur. Gürcüstan-Ermənistan sərhədində olan zəlzələ Cavaxeti dağlarında hiss olunur ki, orada yaşayış məntəqəsi yoxdur. Azərbaycana nisbətən İranda güclü zəlzələlərin olması daha aktivdir. Çünki Ərəbistan plitəsi onları cənubdan sıxır.

Amma bizdəki təkanlar həmin o blokların hərəkəti nəticəsində baş verən zəlzələlərdir. Şükür ki, enerji boşalması və parçalanmalar gedir. Onun olmağı daha yaxşıdır, nəinki susmağı..."

Qurban Yetirmişli bəzi ekstrasenslərin qorxulu zəlzələ proqnozlarına da münasibət bildirib.

O, elmlə falı müqayisə etməyin tərəfdarı olmadığını deyib:

"Onların proqnozları bilirsiniz nəyə bənzəyir? Deyir Azərbaycanda qışda qar yağacaq, yayda isə isti keçəcək. Olanda da deyirlər ki, ekstrasens demişdi. Olmayanda, yada düşmür. Zəlzələ hər gün baş verir. Amma katastrafik və ya dağıdıcı zəlzələ ehtimalı yaxın günlər üçün yoxdur".





Xəbəri paylaş

3508 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___