Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Rektor Havar Məmmədov Bakı Mühəndislik Universitetini ÖZƏLLƏŞDİRİB ?- Rektorun MİLYONLUQ MÜLKLƏRİ…
Tarix: 03-07-2022 | Saat: 12:31
Bölmə:Karusel / M / Gündəm / Xəbəraz TV / Araşdırma | çapa göndər


ATU-nun  tələbəsi olan  taksi şoferi  və  rektor Havar Məmmədov...

Misir Mərdanov dedi ki, Əhməd Sanıç Qurana and içdi ki, Qafqaz Universitetində rüşvət olmayacaq...

Rektorun marketləri, beton zavodu, villaları və....

İki gün öncə  sərnişini olduğum taksi şoferi Havar Məmmədovdan danışanda  dəhşətə gəldim.
Sən demə,  taksi  şoferi  Havar Məmmədovun 16 il rektor olduğu  Azərbaycan  Texniki Universitetinin tələbəsi olub.
Taksi şoferi  dedi ki, yaxşı ixtisasım var idi, elektrotexnika...amma Havar Məmmədov  bizi oxumağa qoymadı.
Belə ki,  semestrdə  3 almaq  30 manat, 4 almaq 40 manat  və 5 almaq 50 manat....
Və  yazıq şofer danışırdı ki, bizim  tələbələrin çoxu belə  rüşvətlə oxuyur, ona görə də bu gün “taksovatlıq”  edirəm.
Kimdir bu Havar Məmmədov..?
Bu adamın keçmişi, bu günü nəçidir ?
2000-2016-cı illərdə, yəni 16 il Azərbaycan Texniki Universitetinə rəhbərlik etmiş  Havar  Məmmədovun Bakı Mühəndislik  Universitetinə ( keçmiş  Qafqaz Universiteti  ) rektor  təyin olunması təhsil tariximizə  ironiyadır.
Niyə ?
Ondan başlayaq ki, Fətullah Gülən, FETO məsələsini bir kənara qoysaq ( bu siyasi məsələdir ), Qafqaz Universiteti Azərbaycanın təhsil tarixində ən səviyyəli, ən nümunəvi təhsil ocağı idi.
( Kimin şübhəsi varsa, buyurub Qafqaz Universiteti ilə bağlı dövlət rəhbərlərimizin, nazirlərimizin dediyi  fikirlərin videosuna baxa bilərlər).
Bəli, bircə faktı deyək.
Sabiq  təhsil naziri Misir Mərdanov  öz çıxışında  dedi ki, Qafqaz Universitetinin rektoru Əhməd Sanıç Qurana and içdi ki, universitetdə  rüşvət olmayacaq.
İndi təsəvvür edin ki, belə bir universitetə Havar Məmmədovu rektor təyin edirlər.
Bəli, vaxtilə  Havar Məmmədov ATU-nun idman zalını  it boğuşduranlara icarə verərək hər ay xeyli pul qazanırdı.
Amma Qafqaz universitetinin rüşvətdən uzaq, yüksək təhsil ocağı olmasına kimsənin şübhəsi də yoxdur.
Bəli, biz də razıyıq ki, Türkiyədə yaşanan olaylardan sonra Azərbaycanda da Fətullah Gülənə yaxın təhsil müəssisəsi olan Qafqaz Universitetinin fəaliyyətinə birdəfəlik xitam verildi.
Əlbəttə, qardaş Türkiyənin istəyinə də  anlayışla yanaşmalı idik. Bunlar hamısı normal. Amma...
Əmması odur ki, 1 manat rüşvətin olmadığı universitetə 16 il  Texniki Universiteti sanki, rüşvət yuvasına, bazara çevirən  Havar Məmmədovu rektor qoymaq...çox dəhşətli məsələdir. Bu elə bil  “bazarkom”u  mənəvi-təlim-tərbiyə ocağına rəhbər qoymaqdır.
Axı, əslində əslən İmişlidən olan Havar Məmmədov heç vaxt elm adamı olmayıb, daha çox  “komsorq”, “partkom”,  təlimatçı-instruktor  kimi fəaliyyət göstərib. Belə bir adamı nəinki Qafqaz Universitetinə, hətta Texniki Universitetə də rektor qoymaq  olmazdı.
Bəli, Qafqaz Universiteti ləğv olunanda bir müddət Bakı Ali Neft Məktəbinin tabeçiliyində oldu ( bu daha məqsədə uyğun idi ), sonra necə oldusa, ayrıca universitetə çevrildi – Bakı Mühəndislik Universiteti, rektoru isə Havar Məmmədov oldu.
Nə isə...4 ildir ki, Havar Məmmədov BMU-ya rəhbərlik edir.
Biz əbəs yerə yazmadıq ki, Havar Məmmədovu nəinki rektor təyin etmək, əksinə onu istintaqa cəlb edib əməllərinə görə layiq olduğu cəzanı vermək lazım idi.
Bəli, Havar Məmmədov Texniki Universitetdə axşam və qiyabi təhsil üzrə  prorektor olanda tələbələrin hesabına nələr qazanmadı?
16 il il ATU-da rektor olduğu müddətdə  milyonlar qazanıb, oliqarxa çevrildi.
Təsəvvür edirsiniz rektorun  marketləri var. Adama deyərlər ki, rektor hara, market hara ?
Bu adamdan soruşan yoxdur ki, Xocahəsəndəki dəmir beton zavodunu  hansı pulla almısan ?
Bəs 4 milyonluq villanı necə?
Əlbəttə,  universitetin təmirinə ayrılmış pulların hesabına Novxanıda özünə  villa tikdirdin.
Bəlkə Heydər Əliyev Məscidinin yaxınlığında, “milyonçular məhəlləsi” deyilən ərazidəki  6 milyon dəyəri olan 3 mərtəbəli villanın hesabını soruşaq ?
Bax, istintaq Havar Məmmədovdan bunları soruşmalıdır .  
Qarşi tərəfin fikirlərini dərc etməyə hazırıq.

(https://gundelik-baku.com/)



Xəbəri paylaş

5088 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___