Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Analarının sevgilisi tərəfindən döyülən uşaqlar: Qoluna siqaret basıbmış... - VİDEO
Tarix: 02-07-2022 | Saat: 11:51
Bölmə:Karusel / Hadisə / Xəbəraz TV | çapa göndər


Sumqayıtda yaşayan üç uşaq günlərlə analarının sevgilisi tərəfindən şiddətə məruz qalıb.

Onlardan birinin 7, digərinin 9, ən böyüyünün isə 11 yaşı var.

Azyaşlı qızlar analarının qeyri-rəsmi münasibətdə yaşadığı Taleh adlı şəxs tərəfindən döyüldüklərini deyirlər.

Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə "Xəzər Xəbər"ə bildirib ki, şiddətə məruz qalan uşaqlar bir müddət xalasıgilə sığınıblar.

Onun sözlərinə görə, fiziki zorakılığa məruz qalan uşaqlar ağır psixoloji sarsıntı keçiriblər. Uşaqlar uzun müddət təhsildən də kənarda qalıblar.

Faktla bağlı Sumqayıt Şəhər Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin "Qəsdən sağlamlığa yüngül zərər vurma" maddəsi ilə cinayət işi başlanıb.

Azyaşlılara yetirilən xəsarət dərəcəsinin müəyyən edilməsi üçün ekspertiza təyin edilib. Uşaqlara xəsarət yetirməkdə şübhəli bilinən Taleh Mehdiyevin saxlanması istiqamətində tədbirlər görülür.

Ətraflı videomaterialı təqdim edirik:



VİDEO



Xəbəri paylaş

4098 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___