Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Azərbaycanda uşaqlara qoyulan rayon adları - Tovuz, Gəncə, Şəki, Şəmkir, Şuşa...
Tarix: 01-07-2022 | Saat: 12:15
Bölmə:Karusel / Gündəm / M2 | çapa göndər


Yəqin ki, Azərbaycanda yeni doğulan körpələrə rayon və şəhər adlarının verilməsi hallarından çoxları xəbərsizdir. Maraqlıdır ki, belə faktlar var.

Bəzi valideynlər hansısa şəhər və ya rayonun adına şəkilçi və ya köməkçi söz əlavə etməklə onu övladına verib. Bəzi rayon adları isə elə olduğu kimi uşaqlara qoyulub.

Məsələn, son 5 ildə 4 uşağa Tovuz adı verilib.

1 körpəyə Gəncə, 6-na Gəncəli, 1-nə Gəncəbanu adı qoyulub.

2021-ci ildə dünyaya gələn 1 körpə qız Şuşa adlandırılıb.

Son 5 ildə 2 uşağa Quba, 1-nə Qubaxanım adı qoyulub.

Valideynlər 1 körpəni Şəmkir, 1-ni Şəki adlandırıblar.

Bundan başqa, Şəki adına uyğunluq təşkil edən yeni isimlər də düzəldilib. Belə ki, 1 uşağa Şəkixanım, 1-nə Şəkiyə, 1-nə Şəkixan, 1-nə Şəkibə adı verilib.

Hazırda 1 uşaq Zərdabi, 1 uşaq Kəpəz, 1-i Ağsurə adı ilə böyüyür.

Son 5 ildə 335 körpəyə Oğuz adı qoyulub. 88 uşaq Oğuzxan, 4-ü Oğuzcan adlandırılıb.

Son 5 ildə 50 körpəyə Nəsimi, 321-nə Nizami, 6-na Xətai, 197-nə Xəzər, 65-nə Füzuli adı verilib.



Xəbəri paylaş

6628 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___