Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Başına çanta vuran qadını avtobusdan atan sürücü saxlanılmayıb - Rəsmi açıqlama
Tarix: 30-06-2022 | Saat: 12:19
Bölmə:Karusel / Hadisə | çapa göndər



Sumqayıtda avtobusda yaşanan insidentə görə sürücünün həbs edilməsi ilə bağlı məlumatlar yayılıb.

Daxili İşlər Nazirliyinin (DİN) şöbə rəisi Elşad Hacıyev bildirib ki, məlumat həqiqətə uyğun deyil: "Sürücü saxlanılmayıb. Bu barədə məlumatlar əsassızdır. Müvafiq ekspertiza təyin edilib, araşdırmalar davam etdirilir. Araşdırma nəticələrindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək".

Qeyd edək ki, hadisə bir neçə gün öncə Sumqayıt Şəhər İcra Hakimiyyətinə məxsus olan şəhərdaxili avtobuslardan birində yaşanıb. Mübahisə zamanı qadın sərnişin sürücünü təhqir edib. Daha sonra əlindəki çanta ilə onun başına vurub. Bundan sonra sürücü qadını təpiklə itələyərək avtobusdan atıb. Hadisə zamanı qadın qapıdan yola yıxılıb.

İlkin məlumata görə, hadisə sərnişinin dayanacaqdan kənarda saxlama tələbinə görə baş verib. Qadın yüngül xəsarət alıb. Hazırda vəziyyəti yaxşıdır.

Faktla bağlı Sumqayıt Şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsində təhqiqat araşdırmaları aparılır. Araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək.




Xəbəri paylaş

3548 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___