Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Sumqayıt bulvarında dənizə kanalizasiya axıdılır? - RƏSMİ AÇIQLAMA
Tarix: 27-06-2022 | Saat: 13:40
Bölmə:Karusel / Hadisə / Gündəm | çapa göndər


“Sumqayıt şəhər bulvarı ərazisində dənizə çirkab su axıdılması ilə bağlı sosial şəbəkədə yayılan görüntü əməkdaşlarımız tərəfindən araşdırılır”.

Bunu açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova bildirib.

Onun sözlərinə görə, faktla bağlı ərazidə ilkin monitorinqlər aparılıb, sözügedən boru xəttinin qrunt və yağış suları üçün nəzərdə tutulan drenaj sisteminə aid olması müəyyənləşdirilib:

“Drenaj sistemindəki xətlərdən birində axıntı və iy-qoxu müşahidə edildiyindən mikrobioloji təhlillərin aparılması məqsədilə nümunələr götürülüb, həmçinin sistemə kənar qoşulmaların mövcudluğunun öyrənilməsi üçün araşdırmalara başlanılıb”.

İ.İbrahimova qeyd edib ki, araşdırma başa çatdıqdan sonra xətdə kənar qoşulmanın olub-olmaması və suyun tərkibi barədə əlavə məlumat veriləcək.

Qeyd edək ki, sosial şəbəkələrdə Sumqayıt şəhər bulvarı ərazisində dənizə çirkab su axıdılması ilə bağlı paylaşımlar edilib.





Xəbəri paylaş

3658 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___