Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Bölgələrdən ucuz alınan meyvələr Bakıda baha satılır - Alverçilər fermerlerdən çox pul qazanır - VİDEO
Tarix: 23-06-2022 | Saat: 13:48
Bölmə:Karusel / İqtisadiyyat / Xəbəraz TV | çapa göndər



Yay fəsli olmasına baxmayaraq meyvələrin qiyməti yüksəkdir.

Xeberaz.Az Xəzər TV-yə istinadən xəbər verir ki, bazardakı vəziyyət hətta sosial şəbəkələrdə də müzakirə mövzusu olub.

Paylaşımlardan belə başa düşülür ki, builki qiymətlər əvvəkli illərlə müqayisədə xeyli yüksəkdir.

Vəziyyəti araşdırmaq üçün üz tutduq paytaxt bazarlarına. Qiymətlərdən ən çox narazılıq edənlərlə də elə burada rastlaşdıq. Alıcıların sözlərinə görə, bahalaşma bütün meyvələrdə müşahidə olunur.

Satıcılar isə bahalaşmanı anbarlarda meyvələrin qiymətlərinin artması ilə əlaqələndirirlər.

Bakı bazarındakı qiymətlərlə bölgələrdəki qiymətləri də müqayisə etdik. Nəticədə nəzərəçarpacaq dərəcədə fərqin olduğunu öyrəndik. Hətta bəzi meyvələrin paytaxt bazarları ilə regionlardakı qiymətləri arasında 10-15 manata qədər fərq müşahidə olunur.

Fermerlər isə bildirirlər ki, onların zəhməti ilə başa gələn meyvələrdən iş adamları daha çox qazanırlar. Çünki onlardan ucuz qiymətə alınan məhsullar bazarlara xeyli baha qiymətə çıxarılır.

Mövzuya münasibət bildirən millət vəkili Rüfət Quliyev deyib ki, fermerlər daha çox qazanc əldə etmək üçün kooperasiya haqqında qanundan yararlana bilərlər.

Millət vəkilinin fikrincə, qlobal bahalaşma ölkəmizə də təsirsiz ötüşmür. Rüfət Quliyev əkinəyararlı torpaq sahələrindən maksimum istifadə olunmasını tövsiyə edir. Yəni bolluq olarsa, qiymətlər də bir o qədər ucuzlaşar.

Millət vəkili həmçinin bildirib ki, qlobal bahalaşma ölkəmizdəki qiymətlərə də təsirini göstərməkdədir.

Mövzu ilə bağlı "Xəbər Ertəsi"nin hazırladığı videomaterialı təqdim edirik:






1948 dəfə oxunub.

Digər xəbərlər
27-01-2017, 14:34 Bakıya qar yağır

bütün xəbərlər
____ Instagram ___