Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Tacikistanda səbəbkarı ad günü tortuna görə 633 dollar cərimə etdilər
Tarix: 25-08-2015 | Saat: 14:36
Bölmə:Karusel / Maraqlı / M2 | çapa göndər

Tacikistanda səbəbkarı ad günü tortuna görə 633 dollar cərimə etdilər
Səbəbkar “Tədbirlərin keçirilməsinin qaydaları barədə” Qanunun 8-ci maddəsini pozub.

Məhkəmə 25 yaşlı Düşənbə sakini Əmir İsayevi kafedə qeyd etdiyi ad günündə dostlarını torta qonaq etdiyi üçün 4 min somoni (633 dollar) cərimə edib.

Heç bir yerdə işləməyən İsayevə qarşı Prokurorluqda cinayət işi Facebook səhifəsində paylaşdığı şəkillər əsasında açılıb.

Şəkillərdə o, dostları və tort əks olunub.

Məhkəmə səbəbkarın “Tədbirlərin keçirilməsinin qaydaları barədə” Qanunun 8-ci maddəsini pozduğunu hesab edir, həmin maddədə “ad günləri könüllü və yalnız ailə üzvləri arasında qeyd edilir” yazılıb.

İsayev iddia edir ki, heç nə qeyd etməyib.

“Hədiyyə, tost olmayıb, hətta gətirdiyim tortun üstündə nə şam, nə də yazı yox idi. 13 nəfər üçün hesab 540 somonidən ibarət olub”, - o, məhkəmədə bildirib. O həmçinin qeyd edib ki, hər kəs öz sifarişini özü ödəyib.

Şahidlər İsayevin sözlərinin həqiqi olduğunu təsdiq ediblər. İndi səbəbkar yuxarı instansiyanın qərarına ümid edir.

Tacikistanın “Tədbirlərin keçirilməsinin qaydaları barədə” Qanunu 2007-ci ildə prezident Emomali Raxmonun təşəbbüsü ilə qəbul edilib. O, müxtəlif tədbirlərdə qonaqların, yeməklərin və avtomobillərin sayını sərt şəkildə məhdudlaşdırır. Bu qanunun qəbul edilməsinə səbəb isə respublika sakinlərinin müxtəlif tədbirlərin keçirilməsi üçün böyük məbləğdə pul vəsaitini kreditə götürməsi və illərlə onu ödəməsi olub.Oxu.Az


Xəbəri paylaş

7238 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___