Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Mingəçevirdə yıxılan qadın icazəsiz qonşunun evinə necə girib? - Film kimi olayın TƏFƏRRÜATLARI - VİDEO
Tarix: 19-06-2022 | Saat: 12:21
Bölmə:Karusel / Hadisə / Xəbəraz TV | çapa göndər



Mingəçevirdə qonşunun evinə icazəsiz keçən qadın oradan yıxılıb. Müxtəlif bədən xəsarətləri alan qadın xəstəxanaya çatdırılıb. Bəs maraqlıdır həmin qadın niyə qonşunun evinə gizlicə girməyə çalışıb? 

27 yaşlı qadın 4-cü mərtəbədən yıxılıb.

Xeberaz.Az Xəzər TV-yə istinadən bildirir ki, sözügedən ünvanda kirayədə yaşayan qadın öz mənzilindən deyil, qonşu mənzilin pəncərəsindən yerə çırpılıb. Bina sakinlərinin sözlərinə görə, 27 yaşlı qadın həmin mənzildə kimsə olmadığı zaman daxil olub. Ev sahibləri 4-cü mərtəbəyə qalxan zaman isə qapının arxadan kilidləndiyinə şahidlik ediblər. Bir qədər sonra isə həmin mənzildən qadının yerə düşdüyü məlum olub.

Hündürlükdən yerə düşərək ağır bədən xəsarətləri alan qadın Mingəçevir şəhər xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin stabil olduğu bildirilir. 

Qonşunun mənzilinə icazəsiz daxil olub, daha sonra həmin evin pəncərəsindən yerə düşən qadının hansı məqsədlə ora girməsini polis əməkdaşları araşdırırlar.

Qeyd edək ki, Rüfanə İbişova hadisə baş verən ünvanda 1 ilə yaxındır bir övladı ilə kirayədə yaşayır. Hadisənin baş vermə səbəbləri araşdırılır.




Xəbəri paylaş

4098 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___