Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Şəmkir səhiyyəsində saxta əlillik satanlar.... - Şəmkir Mərkəzi Xəstəxanasının direktoru Emin İsmayılov və baş həkim Elçin Əliyevin əməlləri...
Tarix: 17-06-2022 | Saat: 11:58
Bölmə:Karusel / M / Gündəm / Araşdırma / Xəbəraz TV | çapa göndər


Şəmkir xəstəxanasının fərari-dezertir baş həkimləri...

Şəmkir  rayon səhiyyəsinin vəziyyətinə keçməzdən öncə rayona rəhbərlik edən şəxslərin, yəni icra başçılarının fəaliyyətinə nəzər salaq. Sual oluna bilər ki, nə üçün..?
Tam səmimi demək lazımdır ki, rayonlarımızın vəziyyəti icra başçılarından asılıdır. Çünki  rayondakı idarə rəhbərləri, o cümlədən səhiyyə qurumlarının baş həkimləri  icra başçısının bir sözünü iki edə bilmir.
Bəli, əsas problem budur.
Belə ki, 8 il Şəmkir rayonuna rəhbərlik edən Alimpaşa Məmmədov ən ağır  cinayətlərdə ittiham olunur və hazırda  həbsxana həyatı yaşayır.
Atalar demişkən, Ağası Alimpaşa olanın...Baş həkimi Elçin olar
Yaxşı Alimpaşa getdi həbsxanaya. Görək onu əvəz edən  Rəşad Tağıyev kimdir..?
Bu adam  2013-2015-ci illərdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İnsan resursları sektorunun müdiri, 2015-2018-ci illərdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini vəzifələrində çalışıb.
Təhsil nazirinin 28 dekabr 2018-ci il tarixli əmrinə əsasən, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri vəzifəsinə təyin edilib.
Media  üzərindən xırda bir araşdırma aparası olsaq bu adamın təhsilimizin başına açdığı oyunları görə bilərik.
Mətbuatın yazdığına görə bu adam təhsildə ən böyük problemlər yaradıb. İndi Şəmkirin icra başçısı olandan sonra  bütün kadrları Bakıdan aparır. Adamdan soruşan yoxdur ki, o boyda Şəmkirdə bir kadr tapılmır..?
Sözün qısası, bunları yazmaqda məqsədimiz odur ki, rayonun icra başçısı rayona necə rəhbərlik edirsə, digər idarə müdirləri də bununla barışmağa məcburdur.
İndi isə keçək Şəmkir səhiyyəsinin acınacaqlı durumuna.
Yenə ortaya problem çıxır.
Biz həmişə görmüşük ki, rayonlarda mərkəzi xəstəxanaların baş həkimi olub.
Son illər Allah qoymasa, Səhiyyə Nazirliyi, nə bilim TƏBİB-zad və üstəlik  PUBLİK HÜQUQİ ŞƏXS...
Bu nə olan şeydir hələ də  başa düşən yoxdur.
Deməli, Rayon Mərkəzi Xəstəxanalarının həm DİREKTORU olur, həm də BAŞ HƏKİMİ.
Rayon  səhiyyəsi qalır bu iki şəxsin arasında, arxadan da icra başçısı təzyiq edir.
Özünüz düşünün, belə olan halda rayonlarda hansı səhiyyədən, hansı yüksək tibbi xidmətdən danışmaq olar..?
Yəni problemin kökünü izah etməyə çalışdıq.
Bəli, Şəmkir səhiyyəsinə son 10 ildə kimlər rəhbərlik etməyib..?
Məlumat üçün qeyd edək ki, bu gün Şəmkirdə Mərkəzi xəstəxana, Doğum evi, Uşaq xəstəxanası, Təcili Təxirəsalınmaz Tibbi yardım stansiyası, Ağ ciyər xəstəlikləri xəstəxanası, 7 qəsəbə və kənd xəstəxanası, 60-dan artıq tibbi məntəqə fəaliyyət göstərməkdədir. Təkcə ötən il rayonda 11 xəstəxana, 1 polikilinka, 32 həkim məntəqəsi və mərkəzi xəstəxananın bir neçə şöbəsi əsaslı təmir olunub. Bu il isə Dövlət proqramı çərçivəsində Kür qəsəbə xəstəxanası və 3 kəndin tibb məntəqəsi yenidən qurulub.
İndi gördünüzmü, adi Şəmkir Mərkəzi Xəstəxanası deyiləndə göz önünə  onlarla tibbi müəssisə, yüzlərlə həkim personalı gəlir.
Uzun illər  Şəmkir Mərkəzi Rayon Xəstəxanasının baş həkimi olan  Nurəddin Əhmədov  buranı rüşvət və korrupsiya yuvasına çevirmişdi.
Xəstəxanada  nə qədər ölü canlar var idi.
Biz hələ rayondakı Təcili Tibbi Yardım Stansiyasında  ( Baş həkim Ayaz Orucov ) baş verən maxinasiyalardan, dövlət vəsaitinin mənimsənilməsindən  danışmaq istəmirik.
Sonra Nurəddin Əhmədov  vəzifəsindən getdi və Emin İsmayılov Mərkəzi Xəstəxana direktor təyin edildi.
Nəsə dəyişdimi..?
Çünki  yeni baş həkim Elçin Əliyev heç direktor  Emin İsmayılovu da saymır.
Bəli, baş həkim Elçin Əliyev  şəkər xəstələri və digər xəstələrə   dövlət tərəfindən  verilən aylıq dərmanları  satır.  
Baş həkim  Elçinin Əliyevin həyat yoldaşı orta məktəb müəlliməsi olmasına baxmayaraq adı xəstəxana işçisi kimi yazılırdı, 7 il işə gəlmədi və ona maaş yazıldı. İndi də adı həm xəstəxananın kadrlar şöbəsində baş İnspektor kimi, həm də covidlə mübarizədə işçi kimi gedir. Çox guman ki, onu da kadrlar şöbəsinə müdir kimi təyin edəcək.
Elçin Əliyev vaxtilə  baş həkimin müavini olarkən  Şəmkirdə saxta əlillik satmağın əsasını qoyub, anası Ermənistanın məşhur ayağısürüşkəni olan Əmirxanın sağ əli olub.
Elçin Əliyev kimin böyrəyi ağrıyırsa, 1 ay müddətində ona əlillik dərəcəsi verib "pensiya"ya çıxardır.
Elçin Əliyev Təcili yardım maşınlarına  ayrılnan yanacağın kartını öz cibində gəzdirib özü üçün istifadə edir.
Şəmkirdə icbari tibbi sığortadan danışmağa dəyməz.  
İstər müalicə işi, istər müayinə işi, istərsə də, analiz işi olsun fərq etmir, hamısı pulludur.
Elçin Əliyev qardaşı  stomatoloq  Vüqar Əliyevə xəstəxanada lüks şərait yaradıb.
Hansı ki, Vüqar Əliyev hərbi xidmətdən yayınıb.
Elçin Əliyev  covid  pandemiyası  üçün dövlətin ayırdığı  pulları  qohumlarına paylayıb.
Bu siyahını az qala sonsuza qədər davam etdirmək olar.
Bəli, gecələr xəstəxana daxilində dəfələrlə eyş işrət məclisləri qurulub və 2020-ci ilin payızında xəstəxanadan kef məclisindən gedərkən Çinarlı kəndində təxminən gecə saat 1-2 radələrində  Əliyev Elçinin Toyota prado markalı maşınında içərisində xəstəxananın qadın həkimlərdindən 2 nəfəri də daxil olmaqla içkili və sərxoş vəziyyətdə avtoqəza keçirdilər və bundan bütün rayon ictimayyəti xəbərdar oldu.
Amma, nə olsun..?  Nəsə dəyişdimi..?
Yeri gəlmişkən, mediada yayılan məlumtdan bəlli olur ki, mərkəzi xəstəxananın bir neçə həkimi və baş həkimi müharibədən yayınıblar, yəni "dezertirdirlər".
İndi özünüz düşünün, Elçin Əliyev getsə, nəsə dəyişəcəkmi..? Məntiqlə yox. Təzə gələn də yeni icra başçısı Rəşad Tağıyevin əmrlərini yerinə yetirəcək.
Görəsən bu boyda  cinayət əməllərini TƏBİB-in rəhbərliyi görmür..?
Axı, 3-4 ildə  neçə dəfə baş həkim dəyişərlər?
İşin keyfiyyətini dəyişmək lazımdır.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
(https://gundelik-baku.com/)




Xəbəri paylaş

5178 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___