Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Varlıların uşaqları tətilə gedir, kasıbınkı isə 3 ay evdə oturur... - DEPUTATDAN VACİB AÇIQLAMA
Tarix: 10-06-2022 | Saat: 12:10
Bölmə:Karusel / Gündəm / Maraqlı | çapa göndər


“Bu gün şagirdlərin yay tətilini səmərəli və mənalı keçirmələri üçün yay düşərgələrinin təşkilinə çox böyük ehtiyac var. Əksər hallarda məktəblilərin çoxunun yay tətili boyunca vaxtlarını səmərəli keçirə bilmədiyinin şahidi oluruq”.


Bunu açıqlamasında Milli Məclisin Elm və təhsil komitəsinin üzvü, millət vəkili Ceyhun Məmmədov deyib.


Deputat bildirib ki, məktəblilərin yay tətilini ev şəraitində səmərəsiz və maraqsız keçirməsi maddi imkanı aşağı olan valideynləri çox narahat edir:




“İndi yay düşərgələrinin çoxu özəl şirkətlər tərəfindən təşkil olunduğu üçün orada qiymətlər çox bahadır. Hər ailənin övladını oraya göndərməyə maddi imkanı çatmır. Yalnız maddi imkanı yaxşı olan valideynlər övladlarını şagirdlərlərin yay tətilini səmərəli keçirməsi üçün təşkil olunan düşərgələrə göndərirlər. İmkansız ailələrin övladları isə yay tətilini ev şəraitində keçirmək məcburiyyətində qalır və tətilin onlara yaratdığı imkandan səmərəli istifadə edib dincələ, dərs ilinin yoruğunluğunu üzərlərindən ata bilmirlər


Hesab edirəm ki, maddi imkanı aşağı olan ailələrin uşaqlarının da qatıla biləcəyi, ödənişsiz və ya cüzi ödəniş tələb olunan yay düşərgələri təşkil olunmalıdır. Ya da əksinə, dövlət ödəniş məsələsini öz üzərinə götürərək məktəblilərin yay tətili boyunca vaxtlarını səmərəli keçirməsi üçün yay düşərgələri təşkil edə bilər. Bu gün buna doğrudan da ehtiyac var. Fikrimcə, zamanla bu məsələnin həlli istiqamətində müvafiq addımlar atılacaq”.


Xəbəri paylaş

4278 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___