Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Prezident tapşırıq verdi, qanunsuz parkinq ləğv edildi
Tarix: 07-06-2022 | Saat: 16:53
Bölmə:Karusel / M / Gündəm | çapa göndər


Ölkə başçısı İlham Əliyevin tapşırığına əsasən Nəsimi rayonu, Bülbül prospekti 18-30 ünvanında ağacların qanunsuz kəsimi və qeyri-qanuni parklanma yerinin yaradılması ilə bağlı müvafiq araşdırmalara başlanılıb.

Bu barədə Bakı Şəhər İcra Hakimiyyəti məlumat yayıb.

Qeyd olunub ki, Az öncə sosial şəbəkələrdə Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti 18-30 ünvanında ağacların kəsilməsi, parklanma yerinin yaradılması və bunun nəticəsi kimi piyada səkisinin daraldılması barədə məlumatlar yayılmışdı. Qanunsuz parklanma Azərbaycan Respublikası Kinomatoqrafçılar İttifaqı tərəfindən yaradılıb. Ölkə başçısının tapşırığına uyğun olaraq dərhal qanunsuz parklanma yerinin sökülməsinə və piyada səkisinin əvvəlki vəziyyətinə gətirilməsinə başlanılıb. Həmçinin təqsirkarların müəyyən edilməsi məqsədilə araşdırmalara aparılır.

Qeyd edək ki, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının (ARKİ) sədri Xalq artisti Şəfiqə Məmmədovadır.



Xəbəri paylaş

6018 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___