Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
“2023 aclıq ilidir, hətta Avropa...” – Zirəddindən sensasion proqnozlar
Tarix: 01-06-2022 | Saat: 13:35
Bölmə:Karusel / Maraqlı | çapa göndər

 

Rusiyada yaşayan məşhur azərbaycanlı ekstrasens Zirəddin Rzayevin Yenisabah.az-a müsahibəsi:  
- Zirəddin bəy, 98 gündür davam edən Rusiya-Ukrayna müharibəsini analitiklər, hətta ekstrassenslər belə əvvəlcədən görə bilməmişdi. Bu müharibəni proqnozlaşdırmaq niyə mümkün olmurdu?
- Mən müsahibələrimin birində 2022-ci ilin müharibə və aqressiya ili olacağını ictimai şəkildə bildirmişdim. Doğru vurğuladınız, bu müharibəni heç kəs proqnozlaşdırmamışdı. Məndən başqa. 1 yanvar, 2022-ci ildə bu ilin müharibə ili olacağını açıqlamışdım. Bəzilərindən fərqli olaraq, mən hər zaman tarixlərlə, faktlarla danışmağı sevirəm. Çünki bir şairin yaradıcılığı onun şeirləri, bəstəkarın işi mahnılarıdır, görücünün yaradıcılığı, portfoliosu isə verdiyi proqnozlardır. Mən həmişə sənədlərlə danışıram və müharibə olacağını da əvvəlcədən söyləmişdim. Necə demişdimsə, elə də oldu. Nəticə isə göz qabağındadır.
- Analitiklər bu müharibənin nəticələri ilə bağlı da proqnoz verməkdə çətinlik çəkirlər. Siz necə, müharibənin sonunu görə bilirsinizmi?
- Xatırlayırsınızsa, astroloq Səbuhi Rəhimlinin verilişində (6 mart 2022) demişdim ki, müharibənin 24-cü günü mənə maraqlıdır və müharibə bir aydan çox çəkməyəcək. Bu sözlərimə görə çox insan dedi ki, Zirəddin Rzayevin dediyi olmadı, amma müharibənin 24-cü günü dünya tarixində ilk dəfə olaraq “kinjal” raketi istifadəyə verildi. Bu çox böyük hadisədir. Mənim dediyim 24-cü günlə bağlı Türkiyə mətbuatı da yazdı, Amerika prezidenti Bayden də məsələyə münasibət bildirdi. 24-cü gün olayını beynəlxalq səviyyədə televiziyalar müzakirə etdi. “Müharibə bir aydan çox çəkməyəcək dedim” və mən dediyimi Rusiyanın Xarici İşlər naziri Lavrov rəsmi olaraq təsdiqlədi. Düz bir ay sonra xəbərlər getdi: Müharibədən bir ay keçdi, müharibə bir aşamadan başqa bir aşamaya keçdi, yəni müharibənin birinci mərhələsi bitdi.
- Bəs konkret olaraq müharibə tezliklə bitə bilər?
- Ukrayna ilə Rusiya müharibəsi uzanacaq, bu savaş çox uzun çəkəcək.
- Nəticə nə olacaq?
- Nəticə olaraq Ukrayna bölünəcək. Ukrayna ikiyə, hətta ola bilər ki, üçüncü qismə bölünsün. Amma mən iki hissəyə bölünəcəyini görürəm, onun bir qismi ya Polşa, ya da Avropanın tərkibində, digər qismi isə Rusiyanın tərkibində olacaq.
- Zirəddin bəy, bizim müharibə ilə bağlı da proqnoz vermək müşkülə çevrilib. Bu ilin sonuna qədər Ermənistan Azərbaycanla sülh müqaviləsi imzalaya bilərmi?
- Əslinə qalsa, Azərbaycanla Ermənistan arasında olacaq sülh sazişi çox uzanacaq. Bunu görücü olmasaq da təxmin etmək olar. Bir torpaq ki, müharibə ilə alınıb, orada qığılcımlar olma ehtimalı hər zaman var. Yaralı ilan həmişə bir variant axtarır ki, gəlib düşmənini sancsın, bu, həyatın qanunudur.
- O zaman üfüqdə Üçüncü Qarabağ müharibəsi görünür?
- Xeyr, bu o demək deyil ki, Qarabağda böyük müharibə olacaq. Orada xırda qığılcımların olacağı istisna olunmur, bu böyük müharibə deyil. Ali Baş Komandanımız sayəsində biz Rusiyada da başı dik gəzirik. Artıq biz utanmırıq ki, torpağımız yaralıdır. Bəzən bir məclisdə oturanda bizə sual edirdilər ki, Qarabağ məsələsi nə oldu, bu torpaqlar kimindir, siz nə istəyirsiniz, ermənilərlə nəyi bölə bilmirsiniz? Adam onda qırıla-qırıla qalırdı, bilmirdi nə desin, bu bizə çox ağır gəlirdi. Hazırda biz burada qürurla gəzirik. Kimlər ki, “Qarabağda müharibə bitməyin, Qarabağda yenidən müharibə olacaq” deyir, onlar, vallah, düşməndirlər. Bunun başqa adı yoxdur! Yenə deyirəm, əgər torpaq müharibə ilə alınıbsa, orada müəyyən qığılcımların olması normaldır, hər şey birdən-birə bitə bilməz. Amma sülh sazişi mütləq bağlanacaq, mən bunu görürəm. Bu ilə saziş bağlanma şansı çox azdır. Sülh sazişinin imzalanması 2022-ci ildən sonraya qalacaq.
- Son vaxtlar çox adam bahalaşmadan narahatdır. 2022-ci ildə bizi nə gözləyir, bahalıq, qıtlıq bizi çoxmu sıxacaq?
- Qıtlıq, bahalıq barədə 2021-ci ilin 21 dekabrında proqnoz vermişdim. Bildirmişdim ki, 2022-ci il krizis ilidir. Bu il iqtisadi çətinlik olacaq. Azərbaycanla bağlı 2022-ci il ən çətin il olacaq, bu 2023-ə qədər davam edəcək. Bu təkcə Azərbaycana deyil, bütün dünyaya təsir edəcək. Üzümüzə gələn 2023-cü il aclıq ilidir. Desəm ki, fəlakət ilidir, yalan olar, lakin insanlar əziyyət çəkəcək. Hətta Avropa bundan ən çox əziyyət çəkən bölgələrdən olacaq.




Xəbəri paylaş

8318 dəfə oxunub.

Digər xəbərlər
14-03-2018, 13:03 Stiven Hokinq vəfat etdi

bütün xəbərlər
____ Instagram ___