Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
"Qarşıma əlində dəmir olan "patı" istifadəçisi çıxdı və..." - Aktyorun başına gələnlər
Tarix: 30-05-2022 | Saat: 11:04
Bölmə:Karusel / Şou-Biznes | çapa göndər



"Saat 03:50 radələrində evə gəlirəm. Görürəm ki, blokdan əlində dəmir boru və bir neçə dəmir parçası olan "patı" istifadəçisi çıxır".

Bu sözləri aktyor Elcan Rəsulov sosial şəbəkədə yazıb.

Aktyor qeyd edib ki, narkotik istifadəçisi olan şəxslər onun yaşadığı binanın zirzəmisindən su və elektrik sisteminə məxsus dəmirləri oğurlayırlar:

"Məni görür dayanır, əlindəkiləri sakitcə yerə qoyur. Adını Elşən kimi təqdim edir. Təkidimlə hətta götürdüklərini də yerinə qoyur. Dərdini açır ki, 1981- ci il təvəllüdlüyəm, dəmir yığıram və aparıb metal alana satıram. 10 kilosuna 2.50 manat verir. 40 kilo yığanda 10 manat düzəlir. Bu dərdlinin dərdinin bir tərəfi. İndi gələk başqa məsələyə. Bu niyə 5-6 kilometr məsafə qət edib, bizim bloka gəlib çıxıb. Deməli, məlumatınız üçün deyim ki, 5 mərtəbəli binaların giriş hissəsində hamıya sirrli və həmişə bağlı qalan bir qapı olur. O zirzəminin qapısıdır. 3-4 gün öncə, elə ilk olaraq qapının özü, daha sonra çərçivəsi yoxa çıxır. Ustalardan biri mənə bildirir ki, "jek" başqa yerdə işçilər üçün yer düzəldib, aparıb ora qapı kimi qoyub, bərk-bərk də mənə tapşırır ki, amma məndən eşitməmisən. Açıq qalmasın deyə 1975-ci ilə məxsus bir taxta qapını haradansa tapıb gətirib söykəyiblər həmin zirzəminin giriş yerinə. Beton divar da qəzalı vəziyyətə düşüb, yəqin ki, 2-3 günə kiminsə üstünə aşar.

Bu gözünə dönmədiyim narkotik istifadəçiləri də iki gündür dadanıblar zirzəmiyə. Əllərinə keçən dəmirlərdən daşıyırlar. Binanın bütün su və istilik sisteminin də əsası elə həmin zirzəmidədir. Yəni, orada dəmir çoxdur. Bir səhər oyanacağıq ki, artıq sular gəlmir".


Aktyor daha sonra paylaşdığı statusunun ardıncan aidiyyəti orqanların bu məsələni nəzarətə götürdüyünü deyib:

"Kimsə statusumu səliqəli şəkildə Azərbaycan Respublikası Daxil İşlər Nazirliyinə göndərib. Artıq polis məsələni nəzarətə götürüb, bura baxış da keçirib. Mənimlə də görüşüblər. Heç mənim işarə etmədiyim halda. Təsəvvür edin ki, qapının həllini də onlar öz üzərinə götürüblər. Çox təşəkkür edirəm".


40 000 AZN-dək krediti ONLAYN sifariş et!




Xəbəri paylaş

3648 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___