Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
30 ildən sonra Ağdamda Xaçınçay çayına su gəlib - VİDEO
Tarix: 29-05-2022 | Saat: 12:28
Bölmə:Karusel / Hadisə / Qarabağdan xəbər var / Xəbəraz TV | çapa göndər



30 ildən sonra işğaldan azad edilmiş Qarabağ torpağında, Ağdamda Xaçınçay çayına su gəlib.

Son günlər havaların yağıntılı keçməsi ilə əlaqədar olaraq, Qarabağ dağ silsilələrində yağmış leysan hesabına Ağdam rayonu ərazisində olan Xaçınçay və Qarqar çaylarına sel suları gəlib.

Ağdam Mexaniki Suvarma İdarəsinin balansındakı 23 milyon kubmetr su həcminə malik Xaçınçay su anbarı tam dolub.

Hazırda çaylara gələn sel sularından suvarmada səmərəli şəkildə istifadə edilir. Artıq çayda olan suyun müəyyən hissəsi ətraf kəndlərin əkin sahələrinə yönləndirilib.

Sel sularının ətraf kəndlərə və əkin sahələrinə ziyan vurmaması üçün davamlı olaraq nəzarət tədbirləri də aparılır. Xaçınçaya gələn suyun əkin sahələrinə yönəldilməsi isə fermerlərin ürəyincədir.

Təsərrüfat sahibləri bolsululuğun bu il məhsuldarlığa müsbət təsir edəcəyini deyirlər.


Xeberaz.Az Xezerxeber.az-a istinadən mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:




Xəbəri paylaş

7198 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___