Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Ağstafanın icra başçısı Seymur Orucov haralardadır..? - Gənc icra başçısı qəribə vərdişlərindən əl çəkə bilmir…
Tarix: 29-05-2022 | Saat: 12:18
Bölmə:Karusel / M / Gündəm / Xəbəraz TV / Araşdırma | çapa göndər



Sözün düzü,  yaşlı  insanların vəzifədən uzaqlaşdırılması  və gənclərin vəzifələrə təyin edilməsi bir ictimai sifariş idi.
Cəmiyyətimiz elə  bilirdi ki,  cavanları vəzifəyə təyin etməklə, möcüzə baş verəcək, islahat-filan...
Bir məsələni anlamaq lazımdır ki, rəhbər vəifəyə təyin olunmaq üçün  xeyli yol keçməlisən, idarəetmə təcrübəsi əldə etməlisən və s.
Biz gənclərin vəzifələrə təyin olunmasının əleyhinə deyilik, amma yaşa görə kimlərisə vəzifəsindən çıxarıb, yerinə  adi idarəetmə təcrübəsi olmayan gənc  adamı  təyin etmək  də effekt vermir.
Yəni kadr təyinatında ancaq  yaşa önəm vermək olmaz.
Amma hər halda  atalar demişkən, ya zəlzələdən, ya da vəlvələdən son illər xeyli sayda  gənclər mühüm dövlət vəzifələrinə təyin olunublar.
Onlardan biri də Ağstafanın gənc, 35 yaşlı  icra başçısı Seymur Orucovdur.
Qısa məlumat üçün  qeyd edək ki, 2019-cu ildə  Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı  Nizaməddin Quliyev Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən keçirilən əməliyyat nəticəsində həbs olundu. Və 9 il  həbs cəzası alan sabiq icra başçısı  həbsxanada vəfat etdi.
Və həmin vaxt , yəni 3 il əvvəl  Seymur Orucov  Ağstafaya icra başçısı  təyin olundu.
Gəlin, görək, 35 yaşlı  Seymur Orucovun hansı  təcrübəsi var idi..?
Bəli, Seymur Orucov  keçmiş millət vəkili, İqtisad Universitetinin sabiq  rektoru  Şəmsəddin Hacıyevin qızı Çeşmi  xanımla  nişanlı olduğu üçün  universiteti bitirən kimi oldu prorektor, özü də təlim-tərbiyə üzrə.
İndi özünüz fikirləşin, qaynata  rektor, kürəkən prorektor…
Bunun harası oldu  karyera, uğur, idarəetmə…
Onu da qeyd edək ki, Seymur  Orucov həm də Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının sədri, millət vəkili  Səttar Möhbalıyevin doğmaca bacısı oğludur.
Nəzərə alsaq ki, Səttar Möhbalıyev də Prezidentin sabiq köməkçisi Əli Həsənovla qudadır....
Deməli, konkret olaraq Seymur Orucovun icra başçısı təyinatının onun ağlına, savadına  dəxli yoxdur. Sadəcə, 2-3 mühüm şəxsin yaxın qohumudur.
Hələ bu harasıdır..?
Seymur  Orucovun  qaynanası Zemfira Hacıyeva da Ramiz Mehdiyevin  hesabına  Azərbaycan Milli Elmlər Akademiyasında  Rəyasət Heyətinin Azərbaycanda Elmi İrsin Toplanılması və Sistemləşdirilməsi mərkəzinin direktoru işləyirdi.
Hələ bu harasıdır ?  Zemfira xanım həm də  AMEA Ekspert Yoxlama Komissiyasının sədridir.
Yəni 35  yaşlı Seymur Orucov elə-belə gəlib icra başçısı olmayıb.
Seymur Orucovun tərcümeyi-halı ilə bağlı uzun-uzadı yazıb oxucunu yormaq istəmirik.
İndi görək,  cavan icra başçısının həyat  yoldaşı Çeşmi xanımın sorağı haralardan gəlir..?
Çeşmi xanımın adı  mətbuatda ilk dəfə “Azəriqaza”  115 min manat borcu olması ilə bağlı hallanıb.
Bəli, Çeşmi xanım həm də iş adamıdır, sahibkardır, xiyar, pomidor  “parnikləri”   var.
Və Azəriqaza  olan 115 min manatı vermək istəmirdi. Adı mediada hallanan kimi borcunun bir hissəsini ödədi.
Çeşmi xanım həm də Maştağada uşaq bağçasının müdirəsidr və  işə 350 min manat dəyəri olan avtomobillə gedib-gəlir.
Bir soruşan yoxdur ki, gənc icra başçısı  həyat yoldaşına  350 min manat dəyərində avtomobili necə alıb..?
Soruşan yoxdur ki, vətəndaşın 3 manat borcu olanda qazını kəsirsiniz, bəs Çeşmi xanımın  115 min borcunu  niyə vaxtında tələb etməmisiniz..?
Hələ Çeşmi xanımın təzə vəzifəsindən danışmırıq….
Bəli, Azərbaycan Dillər Universitetinin rektoru Kamal Abdulla Çeşmi xanımı özünə multikultiralizm  üzrə müşavir təyin edib.
Bir sözlə, xiyar, pomidor “parniki”,  uşaq bağçası,  müşavir-filan…
Gənc icra başçısı da rayonda heç kimi tanımır, özünün də təcrübəsi yox və məcbur olur mərhum icra başçısı Nizaməddin Quliyevin  rüşüvətxor  kadrları ilə baş-başa verib dövlətin ayırdığı  vəsaitləri  öz yaxınlarının şirkətinə ötürür, saxta tenderlərdə  onları qalib elan edir. Bəli, Seymur Orucov da  Ağstafanın abadlaşdırılması ilə bağlı tenderləri gizli  keçirir, tenderdə özünə yaxın şirkətlər qalib olur, daha doğrusu, qalib elan edilir.
Bütün  bunları harasa yazmaq olardı, amma gənc icra başçısının qəribə vərdişləri rayonda lap lətifə mövzusuna çevrilib. Bəzi nüansları  nəzərə alaraq bu mövzunun üzərinə getmək istəmirik.
Atalar demişkən, Seymura bir işarə də bəs edər…
Qarşı  tərəfin mövqeyini dərc etməyə hazırıq.
(https://gundelik-baku.com/)

  • 0


Xəbəri paylaş

4238 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___