Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Azadlığa çıxan məhbusların Qarabağdakı işlərə cəlb edilməsi təklif olunur
Tarix: 28-05-2022 | Saat: 12:37
Bölmə:Karusel / Gündəm / M2 | çapa göndər

Azadlığa çıxan məhbusların Qarabağda işğaldan azad edilmiş ərazilərdə quruculuq işlərinə cəlb edilməsi təklif olunur.

Bunu jurnalistlərə açıqlamasında millət vəkili Zahid Oruc əfv sərəncamının icrası zamanı deyib.

O bildirib ki, əfv cəmiyyətdə humanizm prinsiplərinə töhfə verir:

"Hesab edirəm ki, bu insanlar əzizlərinə, doğmalarına qovuşdular. Onların bir daha yolunun cəzaçəkmə müəssisələrindən keçməyəcəyinə ümid edirəm. Eyni zamanda mən parlamentin İnsan Haqları Komitəsinə rəhbərlik edən biri kimi düşünürəm ki, gələcək dönəmdə bu şəxslərin işğaldan azad olunmuş ərazilərdə quruculuq işlərinə cəlb olunması üçün tədbirlər görə bilərik. Fərqli bir plan, proqramlar işlənməkdədir. Onların içərisində bu insanların reabilitasiyası, cəmiyyətə qayıtması üçün, onların üzərlərində hər hansı damğanın qalmaması üçün, islah məqsədilə belə proqramlara ehtiyac var. Cəmiyyətə inteqrasiya, insanlara yararlı olmaq məqsədilə biz bu istiqamətdə mövqelərimizi parlamentdə daha güclü səsləndirməliyik. Bu quruculuq planında bu təbəqədən olan insanların daha fəal iştirakı üçün ayrıca plan və proqramlar olacaq", - Z.Oruc bildirib.




Xəbəri paylaş

4428 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___