Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Həkimlərdən XƏBƏRDARLIQ: Sizdə bu simptom varsa, meymunçiçəyi ola bilərsiz
Tarix: 26-05-2022 | Saat: 10:23
Bölmə:Karusel / Səhiyyə / M2 | çapa göndər


Mütəxəssislər meymunçiçəyi epidemiyası ilə bağlı xəbərdarlıq edib.

Dünya ölkələri son həftələrdə meymunçiçəyi epidemiyası ilə mübarizə aparır.

Onlarla ölkədə, xüsusən də Avropa ölkələrində yüzlərlə xəstəliyə yoluxma halı açıqlanarkən, Britaniyalı mütəxəssislər xəstəliyin ən mühüm simptomunu paylaşıblar.



Ümumdünya Səhiyyə Təşkilatının diqqətli olmaq lazım olduğu barədə xəbərdarlıq etdiyi xəstəliklə bağlı İngiltərədən diqqətəlayiq bir açıqlama və xəbərdarlıq gəlib. Britaniya mətbuatına açıqlama verən britaniyalı həkim David Lloyd xəstəliyin "qeyri-adi" erkən simptom olduğunu və bədənin bəzi yerlərində görünə biləcəyini bildirib:

"Bədəninizdə xəstəliyin bəzi xarakterik əlamətlərini görsəniz, dərhal həkimə müraciət edin. Çöküntü və qızartı ilə yanaşı, şişkinlik də ən əhəmiyyətli simptomlardan biridir. Bu şişlər boynun hər iki tərəfində, çənə altında, qoltuqaltı və qasıq ətrafında görünə bilər. Bu şişliklər ağrıya səbəb ola bilər”.

Digər tərəfdən Britaniya rəsmiləri yüksək hərarət, baş ağrısı, əzələ ağrısı, bel ağrısı, titrəmə və yorğunluq kimi simptomların da tez-tez rast gəlindiyini bildiriblər. /















1958 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___