Çoxmənzilli yaşayış binasında yanğın olub, bir nəfər xilas edilib - ANBAAN VİDEO
Tarix: 21-05-2022 | Saat: 11:27
Bölmə:Karusel / Hadisə / Xəbəraz TV | çapa göndər
Fövqəladə Hallar Nazirliyinin (FHN) “112" qaynar telefon xəttinə Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsində yerləşən çoxmənzilli yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub.
Dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri hadisə yerinə cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının beşmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində yerləşən ümumi sahəsi 60 kv.m olan ikiotaqlı mənzildə baş verdiyi və mənzildə bir nəfər vətəndaşın həyatı təhlükəli vəziyyətdə qaldığı müəyyən edilib.
Yanğınsöndürənlər və xilasedicilər operativ müdaxilə ilə ilk növbədə tüstülənmiş mənzildə təhlükəli vəziyyətdə qalmış vətəndaş 1958-ci il təvəllüdlü Nəzərov Cəmil Əliş oğlunu xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.
Yanğınsöndürmə qüvvələrinin çevikliyi sayəsində yanğın qısa müddətdə söndürülərək digər mənzillərə keçməsinin qarşısı alınıb.
Yanğın nəticəsində mənzilin ümumilikdə 0,5 m² sahəsində ev əşyaları yanıb, yüksək temperaturdan kondisioner əriyib. Mənzil və bütövlükdə bina yanğından mühafizə olunub.
Xəbəri paylaş
3918 dəfə oxunub.
Digər xəbərlər

25-04-2019, 12:38
Terraslar “İçərişəhər” Qoruğunun təşəbbüsü ilə tikilir - AÇIQLAMA
1-10-2016, 20:07
Paytaxtın ortasında porno film göstərdilər
30-04-2023, 11:25
Turan bu həmkarlarını SİMASIZ ADLANDIRDI - FOTO
16-12-2016, 21:53
Burakın arxiv fotosu yayıldı: hardan haraya - FOTO
6-08-2020, 12:58
“Instagram”da narkotik qəbulunu təbliğ edən şəxs həbs edildi
4-04-2017, 20:14
Abutalıbov Milli Şuranın mitinqinə icazə vermədi - Amma...
30-08-2015, 01:47
Astarada toy yasa döndü
6-01-2018, 13:00
Avtobusa minənləri təhqir etdi, sonra peşman oldu - VİDEO
1-10-2015, 16:44
Rusiyada qadın WhatsApp vasitəsilə körpəsini satmağa cəhd etdi
4-08-2015, 16:17
Baş geoloqdan Zığ sakinlərinə bəd - XƏBƏR